XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı konfrans təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
06/05/2019 11:13

Mayın 3-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin və Xətai rayon 261 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr olunmuş “Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıdan dahi” adlı konfrans təşkil olunub.

İlk öncə tədbir iştirakçıları məktəbin foyesində Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş sərgi ilə tanış olublar. Sərgidə Ümumilli lider Heydər Əliyevin 96 illik yubileyinə həsr edilmiş 96 inşa yazısı, 96 divar qəzeti, Heydər Əliyevə həsr edilmiş 96 kitab, 96 şagirdin əl işləri, 96 rəsm əsəri nümayiş etdirilib.

Konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Sonra konfrans iştirakçıları pedaqoji elmlər doktoru, ADPU-nun professoru, əməkdar müəllim Rüfət Lətif oğlu Hüseynzadə “Heydər Əlyev nəzəri irsində müəllimlik”, Xətai rayon 261saylı məktəb-liseyin direktoru Abuzər Əsədov “Heydər Əliyev dühası: dahilik, zaman və müasirlik”, Xətai rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar şöbəsinin müdir müavini Məhəmməd İbrahimov “Heydər Əliyev və mədəni irs”, Xətai rayon MKS-nin baş kitabxanaçısı Ağgül Mərdanova “Heydər Əliyev və Azərbaycanda kitabxana işi”, Xətai rayon 261saylı məktəb-liseyin müəllimi Fidan Dadaşova “Uşaq və gənclərin azərbaycançılıq ideologiyası ruhunda tərbiyə edilməsində ən böyük azərbaycanlı-Heydər Əliyev nümunəsi” adlı məruzələrlə çıxış ediblər.

Tədbir zamanı Heydər Əliyevə həsr olunmuş, “Sən elə bir zirvəsən”, Əfsər Cavanşirovun “Mübarək” mahnısı xorun ifasında səslənib. Sonra 11c sinif şagirdi Səma Rzayeva Z.Yaqubun “Bir dahi doğulub gəldi dünyaya” şerini söyləyib, 10b sinif şagirdi Səbuhə Yusifova isə “Heydər Əliyev- müasir Azərbaycanın qurucusudur” adlı məruzə ilə çıxış edib.

Tədbirin sonunda xatirə şəkilləri çəkilib.

 

Baxış sayı: 90128