XƏBƏRLƏR
MƏLUMAT
Xətai rayon Mədəniyyət Mərkəzində bayram tədbiri təşkil olunub
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 09:29

İyunun 13-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xətai rayon Mədəniyyət Mərkəzində Daun Sindromlu Şəxslərin Assosiyasının kollektivi və uşaqları üçün “15 İyun - Milli Qurtuluş Günü”nə həsr olunmuş musiqili bayram tədbiri təşkil olunub.

Tədbirdə Xətai rayon Mədəniyyət Mərkəzinin “Səma” rəqs ansamblı, “Qaravəlli” xalq teatrının üzvləri, “Qız Qalası” instrumental ansamblının solisti və dəvət olunmuş incəsənət xadimləri çıxış ediblər.

Tədbirin sonunda uşaqlar üçün bayram süfrəsi təşkil olunub.

Baxış sayı: 14049