XƏBƏRLƏR
MƏLUMAT
“Xatirələrdə yaşayan ömür”adlı bayram tədbiri keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:53

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bibiheybət qəsəbə Mədəniyyət evi, Bibiheybət Kütləvi Kitabxanası ilə birgə “9 may Qələbə günü” və ulu öndər Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Xatirələrdə yaşayan ömür” adlı bayram tədbiri keçirilib. Tədbir Bibiheybət qəsəbə Mədəniyyət evində keçirilib.

Tədbirin aparıcısı hər kəsi salamlayaraq təbrik edib.

Mədəniyyət evinin metodisti İ.Nəcəfova “9 may Qələbə günü” və ulu öndər H.Əliyevin həyat və fəaliyyətindən ətraflı məlumat verib.

Mədəniyyət evinin “Poeziya” dərnəyinin üzvləri “Zəfər Nəğməsi”, “Azərbaycan”, “Ana və poçtalyon” adlı ədəbi-bədii kompozisiyalarını təqdim ediblər.

Mədəniyyət evinin “Sabahın ulduzları” adlı rəqs kollektivinin üzvləri maraqlı rəqs nömrələri ilə çıxış ediblər.

Tədbirdə qəsəbə sakinləri, tamaşaçı qismində iştirak ediblər.

Baxış sayı: 10416