XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 3 saylı filialında "Zəfər Günü" adlı tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 14:38

Mayın 8-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin  3 saylı filialında  9 May Qələbə Gününə həsr olunmuş "Zəfər Günü" adlı tədbir keçirilib.

Tədbirdə Azərbaycan xalqının qəhrəman oğulları anılıb. Böyük Vətən Müharibəsinin iştirakçısı Muxtar Qurbanov tədbirə dəvət edilib və O, müharibə haqında xatirələrini oxucularla bölüşüb.

Bildirib ki, 1941-ci ildə faşist Almaniyasının SSRİ ilə müharibəsinə Azərbaycan SSR-də qoşulmalı olub. Azərbaycan xalqı istər cəbhədə, istər arxada misilsiz döyüş və əmək rəşadəti göstərib.100-dən çox azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb.

Sonda Böyük Vətən Müharibəsinin iştirakçısı M.Qurbanovla xatirə şəkilləri çəkilib.

Baxış sayı: 47495