XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS–nin 2 saylı filialı “Zamanın yaratdığı şair” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
04/06/2019 13:51

İyunun 4-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS–nin 2 saylı filialı şair,dramaturq Vaqif Səmədoğlunun 80 illiyi münasibəti ilə 10 saylı peşə məktəbinin şagirdləri ilə birlikdə “Zamanın yaratdığı şair” adlı söhbət keçirib.

Söhbəti şöbə müdiri E.Məmmədova açaraq şagirdləri məlumatlandırıb. Bildirib ki, poeziya aləmində özünəməxsus dərin dəst-xətti olan Vaqif Səmədoğlu Azərbaycan şerinin novatorlarındandır. İstedadlı sənətkarlardan biri olaraq Vaqif Səmədoğlu yarım əsrdən artıq dövr ərzində xalqımızın söz xəzinəsinə dəyərli töhfələr verib.

Vaqif Səmədoğlu teatr və kino üçün yüksək sənətkarlıq keyfiyyətlərinə malik silsilə əsərlərin müəllifi idi. Bədii vasitələrin əlvanlığına və təsir gücünə görə seçilən, diqqəti taleyüklü mənəviyyat problemlərinə yönəldən bu əsərləri ona dramaturq şöhrəti gətirib.

Əvəzsiz insan, Səməd Vurğunumuzun yadiğarı, şair-dramaturq Vaqif Səmədoğlu yaradıcılığı bənzərsiz və təkrarsızdır. Bu dahi şəxsiyyət haqqında zamanında deyilib ki, ölümü ilə ölümsüzlüyün zirvəsini qət edənlərdən oldu. Görkəmli şair, tanınmış ictimai xadim və səmimi insan Vaqif Səmədoğlunun əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaqdır.

 

Baxış sayı: 82687