XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 2 saylı filialı “Narkomaniya -Uçuruma aparan yol” adlı sərgi-söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
11/06/2019 15:57

İyunun 11-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS-nin 2 saylı filialı Narkomaniya və Narkobiznesə qarşı ümümxalq mübarizə günü münasibəti ilə 170 saylı tam orta məktəb ilə birlikdə “Narkomaniya -Uçuruma aparan yol” adlı sərgi-söhbət keçirib.    

Söhbəti  sistem inzibatçısı  M.Məmmədova açaraq mövzu haqqında məlumat verib. Bildirib ki, müasir dünyamızın ən mühüm problemlərindən biri olan narkomaniyadan bəşəriyyət hələ də əziyyət çəkməkdədir. Narkomaniyanın faciəvi, qorxunc nəticələrindən danışarkən yaddan çıxartmaq olmaz ki, narkomaniya, ilk növbədə, adamlarda insanlığı məhv edir, onu şüursuz bir varlığa, kimliyi, yeri-yurdu, nəsli bəlli olmayan, özünün insan olduğunu dərk etməyən “canlı ölüyə” çevirir ,yaddaş və təfəkkürü pozur, həyata qarşı laqeydlik yaradır. Artıq uzun müddətdir ki, narkomaniya müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Və təəssüflə qeyd etməliyik ki, ağ ölüm adlandırılan bu bəlanın qurbanları bütün dünyada durmadan artır.

 Narkomaniya və narkobiznes təkcə insanların sağlamlığına, mənəviyyatına deyil, həm də dünya iqtisadiyyatına ciddi zərbə vurur.

 Tədbirdə qeyd edilib ki, narkomaniyaya qarşı cəmiyyətin bütün üzvləri mübarizə aparmalı, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirləri mütəmadi xarakter almalıdır.

 

Baxış sayı: 30347