XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS- nin 11 saylı filialı “İsi Məlikzadə-85” adlı kitab sərgisi təşkil edib
ÜMÜMİ XƏBƏRLƏR
02/05/2019 10:19

Mayın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon MKS- nin 11 saylı filialı müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramaturq İsi Abbas oğlu Məlikzadənin anadan olmasının 85 illiyi münasibətilə “İsi Məlikzadə-85” adlı  kitab sərgisi təşkil edib.

Sərgidə yazıçının seçilmiş əsərləri, redaktoru olduğu, haqqında yazılmış kitablar nümayiş olunub.

Kitabxananın əməkdaşı bildirib ki, ədəbiyyatımıza yeni qəhrəman tipi gətirmiş "60- cılar" ədəbi nəslinin nümayəndəsi olan İsi Məlikzadə müasir Azərbaycan povestinin yaradıcılarından biri gözəl hekayələr müəllifi kimi tanınır. Onun əsərlərindəki özünəməxsus bədii gerçəkləri XX əsr Azərbaycan insanın, onun mənəvi aləmini, əxlaqını və yaşayış tərzini aydın və düzgün əks etdirir.  Yazıçı mövzu baxımından məxsusi keyfiyyətləri ilə seçilir.

Sonda iştirakçılar “İsi Məlikzadə-85” adlı  kitab sərgisinə baxış keçirib.

Baxış sayı: 33234