XƏBƏRLƏR
MƏLUMAT
Sabunçu rayon MKS-nin 1 saylı filialı "Gül ətirli körpələr" adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
31/05/2019 13:20

İyunun  31-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Sabunçu rayon MKS-nin 1 saylı filialı kitabxananın nəzdində fəaliyyət göstərən Asudə Vaxt Mərkəzinin “Erkən” inkişaf qrupu ilə Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Gül ətirli körpələr" adlı tədbir keçirib.

Tədbir kitabxananın həyətində açıq havada baş tutub. Uşaqlar musiqi sədaları altında asfalt uzərində  sülhü, dostluğu tərənnüm edən şəkilləri təbaşirlə boyayıblar.

Sonra kağızdan düzəldilmiş göyərçinlərlə rəqs ediblər.

Sonda kitabxananın söbə müdiri Nigar Məmmədova uşaqları bu gün münasibəti ilə təbrik edib, qrupun müəllimi Günel Abbasova  tədbirdə fəal iştiraklarına görə uşaqlara həvəsləndirici mükafatlar verib.

Baxış sayı: 57915