XƏBƏRLƏR
MƏLUMAT
Nizami rayon MKS-nin uşaq şöbəsi “Hıçqıran Həkərim” adlı söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 08:52

Mayın 15-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsin Nizami rayon  MKS-nin  uşaq şöbəsi 272 saylı tam orta məktəbdə Laçın rayonunun işğalı günü ilə əlaqədar “Hıçqıran Həkərim” adlı söhbət keçirib.

Söhbətdə şöbə müdiri N.Təhməzova şagirdlərə Laçın rayonunun ərazisindən, əhalisindən, mədəniyyətindən, tarixi yerlərindən geniş məlumat verib. Sonra onlarla bu mövzu ətrafında sual-cavab aparıb.

Söhbətin keçirilməsinin əsas məqsədi şagirdləri erməni təcavüzkarları tərəfindən işğal olunmuş rayonları yada salmaq və onları vətənpərvər ruhda böyümələrinə kömək etməkdir.

Baxış sayı: 253