XƏBƏRLƏR
MƏLUMAT
“Nəsimi ili” çərçivəsində inşa müsabiqəsinin qalibləri mükafatlandırılıb
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2019 09:30

Xəbər verdiyimiz kimi, martın 12-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanası tərəfindən Yasamal rayonu, 225 saylı tam orta məktəbdə “Nəsimi ili”nə həsr olunmuş inşa müsabiqəsi keçirilib.

Mayın 15-də kitabxananın əməkdaşları qalibləri mükafatlandırmaq üçün 225 saylı tam orta məktəbdə olublar. Şagirdlərdən Əsmər Məmmədova l yerə, Nəzrin Həsənli ll yerə, Zəhra Abdullayeva isə lll yerə layiq görülüblər və Fəxri Fərmanla təltif olunublar.

Rəfiqə Qasımova, Məhəmməd Orucov və Nəzrin Rəcəbzadə Təşəkkürnamə ilə mükafatlandırılıblar.

Sonda məktəbin müəllimi Şəfəq Bağırova kitabxanaçılara belə müsabiqə təşkil etdiklərinə və şagirdlərdə mütaliəyə marağı artırdıqlarına görə öz təşəkkürünü bildirib.

 

Baxış sayı: 61660