XƏBƏRLƏR
MƏLUMAT
Milli Qurtuluş gününə həsr olunmuş konsertlər keçirilir
ÜMÜMİ XƏBƏRLƏR
14/06/2019 15:18

İyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər təqdim olunub.

Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Milli Qurtuluş gününə həsr olunmuş konsertlər 14 iyun saat 20:00-da Sabunçu və Xətai rayonlarında, 15 iyun saat 20:00-da isə Nizami rayonunda davam edəcək.

 

Baxış sayı: 84635