XƏBƏRLƏR
MƏLUMAT
Mərdəkan Mədəniyyət Sarayında məktəblilər üçün maarifləndirici “Dərs” bədii filmi nümayiş olunub
ÜMÜMİ XƏBƏRLƏR
29/05/2019 08:44

Mayın 27-də Mədəniyyət Nazirliyinin təşəbbüsü və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında məktəblilər üçün maarifləndirici “Dərs” bədii filmi nümayiş olunub.

Filmin nümayişində 181 saylı tam orta məktəbin müəllim və şagirdləri iştirak ediblər. Məktəblilər tərəfindən aydın başa düşülməsi üçün film Azərbaycan və rus dillərində təqdim edilib.

Tərbiyəvi və psixoliji janrda çəkilən bu filmin əsas məqsədi məktəblilər arasında dostluğa sadiqlik, dürüstlük, mehribanlıq, cəmiyyətdə öz yerini tapmaq hissini aşılamaqdır. 

Film məktəblilər tərəfindən böyük maraqla izlənilib. Film təqdimatının sonunda 181 saylı tam orta məktəbin psixoloqu Məryəm Məmmədova çıxış edərək belə gözəl tərbiyələndirici filmin nümayişi üçün sarayın rəhbərliyinə öz təşəkkürünü bildirib.

Sonda Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Mərdəkan Mədəniyyət Sarayının direktoru Əlliağa Mirzəyev tədbir iştirakçılarına öz təşəkkürünü bildirib.

 

Baxış sayı: 94921