XƏBƏRLƏR
MƏLUMAT
Binəqədi rayon MKS-nin 1 saylı filialı "Ümummilli lider Heydər Əliyev" başlığı altında söhbət keçirib
ÜMÜMİ XƏBƏRLƏR
10/05/2019 14:22

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Binəqədi rayon MKS-nin 1 saylı filialı Ümummilli lider H.Əliyevin anadan olmasının 96-cı il dönümü ilə əlaqədar  "Ümummilli lider Heydər Əliyev" başlığı altında söhbət keçirib. 

Oxuculara müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi və ümummilli lideri Heydər Əliyevin həyat və fəaliyyəti haqqında ətraflı məlumat verilib. Bildirilib ki,Vətənimiz üçün çox mürəkkəb bir dövrdə xalqına arxa olan ulu öndər Heydər Əliyev Azərbaycanın inkişaf tarixində silinməz izlər qoyub. Onun zəhməti nəticəsində Azərbaycan dünyanın siyasi meydanında öz sözünü deyə bilən qüdrətli dövlətə çevrilib.

248 saylı tam orta məktəbin VII sinif şagirdləri ulu öndərə həsr olunmuş şeirlər söyləyiblər.

Sonda iştirakçılar Ümummilli liderin həyat və fəaliyyətindən bəhs edən kitab sərgisi ilə tanış olublar.

Baxış sayı: 59329