XƏBƏRLƏR
MƏLUMAT
“Baharın Ətri” adlı rəsm sərgisi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2019 11:52
“Baharın Ətri” adlı rəsm sərgisi keçirilib


Martın 9-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Zirə qəsəbə Mədəniyyət Mərkəzi və Eko-Parkın nəzdində fəaliyyət göstərən Zirə Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə “Baharın Ətri” adlı rəsm sərgisi keçirilib.

Tədbirə Zirə qəsəbə Nümayəndəliyi, Zirə Bələdiyyəsi, Zirə Diaqnostika Mərkəzi, N.Yaqubov adına 120 saylı tam orta məktəb, Z.Ağayev adına 241 saylı tam orta məktəb və digər təşkilatlardan nümayəndələr qatılıblar.

İlk öncə sərgi iştirakçıları sinfonik musiqinin müşaiyəti ilə Zirə qəsəbə Mədəniyyət Mərkəzinin Rəsm kursu şagirdlərinin əl işləri ilə yaxından tanış olublar. Qonaqlara sərgi üçün hazırlanmış katoloqlar, broşürlər təqdim edilib.

Sonra söz Zirə qəsəbə Mədəniyyət Mərkəzinin direktoru Xumarə Əliyevaya verilib. O,öz çıxışında rəsm kursunun tələbələrini təbrik edib, onlara daha böyük nəaliyyətlər arzulayıb. Direktor Xumarə rəsm kursu tələbələrini diplomlarla və hədiyyələrlə təltif edib.

Həmçinin Rəsm kursunun rəhbəri Aytən xanım, bədii-rəhbər M.Rüstəmov və N.Yaqubov adına 120 saylı tam orta məktəbin rəsm müəlliməsi Dilarə müəllimə uşaqlara xoş arzularını bildiriblər.


baku-art.az


“Baharın Ətri” adlı rəsm sərgisi keçirilib

“Baharın Ətri” adlı rəsm sərgisi keçirilib

“Baharın Ətri” adlı rəsm sərgisi keçirilib

“Baharın Ətri” adlı rəsm sərgisi keçirilib
Baxış sayı: 70744