XƏBƏRLƏR
MƏLUMAT
R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2019 11:08
  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib


Martın 12 – də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin R.Axundov adına Mədəniyyət evinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, Sülh səfiri və 21 kitab müəllifi yazıçı , şairə, qəzəlxan Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasinmi keçirilib. Kitab Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Elçin Əliyevin əziz xatirəsinə həsr olunub.

İlk öncə tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə açılıb. Sonra Mədəniyyət evində fəaliyyət göstərən, E.Məmmədovun rəhbərlik etdiyi “Səda” instrumental ansamblının ifasında vətənpərvərlik ruhunda mahnılar səslənib.

Daha sonra Şəhid haqqında çəkilmiş kiçik filmin nümayişi təqdim olunub.

Tədbirdə Qafqaz Müsəlmanları Ruhani idarəsinin qazisi, Buzovna kəndinin Axundu Hacı Soltan Əlizadə, Xəzər rayon Yazıçılar Birliyinin sədri Arif Buzovnalı, “Dədə Qorqud” Milli Fondu, “Azərbaycan Dünyası” jurnalının təsisçisi və baş redaktoru Eldar İsmayılov, Respublika Qadınlar Cəmiyyətinin sədri Bahar Qasımova, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin sədri Dilarə Nağıyeva, Milli Tarix Muzeyinin sədri, şərqşünas, professor Nardanə Yusifova, Mədəniyyət Nazirliyininin əməkdaşı, tarix elmləri doktoru Lətifə Məmmədova, Uşaq yazıçısı Gülzar İbrahimova, Xəzər rayon yazıçılar Birliyinin üzvləri, Zaur Rəxşan, Elsər Qədri, Əlhəm Dəşti, Vüsalə Məhru, şəhidin anası İbadət Əliyeva, Buzovna qəsəbəsi, Emin Əliyev adına 234 sayli tam orta məktəbin müəllim və şagird kollektivi qonaq qismində çıxış ediblər.

Tədbirin hazırlanmasında Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nümayəndəsi, Mədəniyyət evinin rejissoru V.Rəfiyevanın böyük rolu olub.

Qeyd edək ki, təqdimat mərasiminin aparıcısı E.Əliyev adına orta məktəbin 11 -ci sinif şagirdi, şairənin nəvəsi Aidə Kərimova idi.

baku-art.az

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib

  R.Axundov adına Mədəniyyət evində Gülarə Munisin “Emin, sən ölməmisən” adlı kitabının təqdimat mərasimi keçirilib




Baxış sayı: 61486