XƏBƏRLƏR
MƏLUMAT
24 nömrəli 11 illik musiqi məktəbi “Nəsimi xanəndələrimizin ifasında” adlı tədbir keçirib
ÜMÜMİ XƏBƏRLƏR
13/05/2019 09:18

Mayın 7-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsi 24 nömrəli 11 illik musiqi məktəbinin zalında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş “Nəsimi xanəndələrimizin ifasında” adlı tədbir keçirilib.

Tədbirdə Məktəbin kollektivi ilə yanaşı, Azərbaycan Dövlət Musiqi Akademiyasının “Humanitar fənlər” kafedrasının rəhbəri, professor Tərlan Quliyev, Azərbaycan Respublikasının Əməkdar İncəsənət xadimi, Azərbaycan Milli Konservatoriyasının müəllimi Aqil Məlikov, Azərbaycan Respublikasının Xalq artisti Canəli Əkbərov, xanəndələr Mütəllim Dəmirov, Fərəh Əliyev, Məmməd Nəcəfov iştirak ediblər. Tədbirin aparıcısı – xanəndə-qəzəlxan Səlim Nəsirli idi.

“...İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir...”

Qonaqlar Dahi Nəsimi poeziyasından, onun fəlsəfəsindən, incəliklərindən danışmaqla yanaşı, sözlərinə yazılmış mahnılar ifa ediblər.

 

Baxış sayı: 33286