XƏBƏRLƏR
MƏLUMAT
Yaxın günlərdə prioritet ixtisaslara ödənişsiz qəbul aparılacaq
ÜMÜMİ XƏBƏRLƏR
27/08/2024 14:22

Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən musiqi, incəsənət məktəb və mərkəzlərinə 2024/2025-ci tədris ili üçün qəbul imtahanlarında uğur qazanan şagirdlərin sayı 10 000 nəfərə çatıb. Qəbul olunan şagirdlərin qeydiyyatının müddəti 31 avqust tarixinədək uzadılıb.

Simfonik orkestr alətləri, eləcə də bir sıra milli musiqi alətləri üzrə ifaçılara yüksək tələbat nəzərə alınaraq həmin ixtisaslara marağın artırılması məqsədilə qəbul imtahanlarında 50 və daha yuxarı bal toplayan şagirdlər ödənişsiz əsaslarla aşağıdakı ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak edə bilərlər:

1. Violonçel

2. Kontrabas

3. Arfa

4. Fleyta

5. Qoboy

6. Klarnet

7. Faqot

8. Saksofon

9. Truba

10. Trombon

11. Valtorna

12. Zərb alətləri

13. Balaban

14. Qanun

15. Saz

Qeyd edək ki, bu ixtisaslar üzrə əlavə yerləşdirmədə iştirak etmək istəyən şagirdlər my.culture.az şəxsi kabineti vasitəsilə qeydiyyatdan keçə biləcəklər. Bununla bağlı yaxın günlərdə əlavə məlumat veriləcək.

 
Baxış sayı: 114