Onun həzin və əsrarəngiz ifaları Azərbaycan mədəniyyətinə sanballı töhfə olub, milli musiqi salnaməsində müstəsna yer tutur. O, XIX əsrin 50-ci illərinin sonunda böyük sənət aləminə qədəm qoyduğu ilk vaxtlardan geniş dinləyici auditoriyasının məhəbbətini qazanmışdı. Habil Əliyev qısa müddət ərzində qədim Azərbaycan musiqi aləti kamançada xalq mahnılarının, muğam və təsniflərin nadir istedada malik yaradıcı ifaçısı kimi şöhrət tapmışdır. Ömrünün sonunadək ifaçılıq sənətini daim təkmilləşdirərək o, Azərbaycan muğamının çoxəsrlik ənənələrini layiqincə davam etdirmişdir. Sənətkarın nadir istedadı ölkəmizdə həm kamança məktəbinin püxtələşməsinə, həm də kamança üçün yeni əsərlərin yaradılmasına təkan vermişdir.
AZƏRTAC xəbər verir ki, bu gün Azərbaycanın Xalq artisti, bənzərsiz kaman ustası Habil Əliyevin vəfatından 9 il ötür.
Habil Mustafa oğlu Əliyev 1927-ci il mayın 28-də Ağdaş rayonunun Üçqovaq kəndində anadan olub. O, Ağdaşda orta məktəbi və eyni zamanda, yeddiillik musiqi məktəbini bitirdikdən sonra pedaqoji texnikumda oxuyub, 1952–1956-cı illərdə isə Bakıda Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Habil Əliyev burada ustad sənətkarlar tarzən Qurban Pirimov və müğənni Xan Şuşinskidən Azərbaycan xalq musiqisinin, muğamların bütün incəliklərini öyrənməklə ifaçılıq sənətinin sirlərini daha dərindən mənimsəmişdir.
Erkən yaşlarından kamançaya meyil salan, ifaçılıqla da hələ musiqi təhsili illərindən məşğul olan Habil Əliyev əmək fəaliyyətinə Nəcəf bəy Vəzirov adına Ağdaş Dövlət Dram Teatrında çalışmaqla başlamış, 1953-cü ildən Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında muğam üçlüyündə kaman ifaçısı olaraq fəaliyyət göstərmişdir. O, 1956–1978-ci illərdə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının, 1978-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin solisti olmuşdur.
Şərqin qocaman sənətkarlarına xas dərin musiqi duyumunun virtuoz ifa tərzi ilə ahəngdar vəhdətində Habil Əliyev özünəməxsus səs tembrinə malik kamançanın təsirli avazına yeni guşələr, xallar və rənglər qatmaqla onun imkanlarını görünməmiş yüksəkliklərə qaldırmışdır. Kamança ilə solo ifaçılığının musiqi mədəniyyətimizdəki hazırkı mövqeyi mütəxəssislər tərəfindən Habil Əliyev fenomeni kimi qiymətləndirilir.
Habil Əliyev muğam kompozisiyalarının yaradıcısı və improvizasiya ustası idi. Geniş repertuarlı musiqiçi Azərbaycan xalqının milli sərvəti sayılan “Segah”, “Şur”, “Çahargah”, “Rast”, “Mahur”, “Zəminxarə”, “Bayatı-Qacar”, “Bəstənigar” muğamlarının yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olmuşdur. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Habil Əliyevin ifaçılıq üslubu şəxsən ona həsr olunmuş simfonik bəstələrin işıq üzü görməsinə yol açmışdır.
Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı gözəl mahnıların da müəllifidir. Onun bəstələdiyi 15-dən artıq mahnı bu gün də tanınmış musiqiçilər tərəfindən sevilə-sevilə ifa olunur. Habil Əliyevin ABŞ, Fransa, Yaponiya, İtaliya və Yunanıstanda Azərbaycan muğamlarından və xalq mahnılarından ibarət kompakt diskləri də buraxılıb. O, keçmiş SSRİ respublikalarında və eləcə də dünyanın bir çox ölkələrində Türkiyə, Amerika, Almaniya, İngiltərə, Fransa, Hindistan, Pakistan, İran, Misir, İsveçrə, Hollandiya, Tunis, Yaponiya, Suriya, Mozambik və s., qastrol səfərlərində olub.
Təkrarolunmaz ifaçılıq məharəti, mənəvi aləmə nüfuz etmək bacarığı və yüksək səhnə mədəniyyəti Habil Əliyevin qüdrətli sənətini musiqi bilicilərinə və saysız-hesabsız muğam pərəstişkarlarına sevdirib. Mahir kaman ifaçısı, eyni zamanda, bir sıra mahnıların müəllifi olaraq tanınırdı. Vətənin hüdudlarından uzaqlarda Azərbaycan mədəniyyətini böyük uğurla təmsil edən sənətkar mötəbər səhnələrdəki çoxsaylı unudulmaz konsert proqramları ilə milli musiqiyə, muğamlara geniş şöhrət qazandırmışdır.
Muğam ifaçılığı ənənələrinin və xalq musiqisinin saflığının qorunmasını həyatı boyu öz sənət fəaliyyətinin başlıca qayəsi hesab etmiş Habil Əliyev Azərbaycanın milli mənəvi və mədəni dəyərlərinin həqiqi təəssübkeşi idi. Onun milli mədəniyyətə xidmətin parlaq nümunəsi olan sənət yolu gənc musiqiçilər nəsli üçün əsl məktəbdir. Azərbaycan ədəbiyyatının və təsviri sənətinin tanınmış nümayəndələri Habil Əliyevə həsr etdikləri əsərlərdə artıq muğamın rəmzlərindən birinə çevrilmiş böyük ustadın dolğun obrazını canlandırmışlar.
Milli mədəniyyətin inkişafı və təbliği sahəsində mühüm nailiyyətlərinə görə Habil Əliyev müxtəlif təltiflər almış, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından “Şöhrət” və “İstiqlal” ordenlərinə layiq görülmüşdür.
Xalq artisti Habil Əliyev 2015-ci il sentyabrın 8-də ömrünün 89-cu ilində vəfat edib.
Görkəmli sənətkar, bənzərsiz kaman ifaçısı, qayğıkeş və səmimi insan Habil Mustafa oğlu Əliyevin əziz xatirəsi xalqımızın qəlbində həmişə yaşayacaq.
- 16:47 İstiqlal Muzeyində sərgi - Qarabağ Azərbaycandır
- 15:45 Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 15:04 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçiriləcək
- 10:15 “Kod adı V.X.A” tamaşası yenidən teatrsevərlərə təqdim olunacaq
- 09:47 Bu gün Xalq artisti Tofiq Kazımovun anadan olmasının 102 ili tamam olur
- 09:15 “Sevgi odası: Əli və Nino balı” adlı immersiv tamaşa nümayiş olunub
- 16:31 Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb
- 14:56 Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə başlayır
- 14:13 Xalq şairi Zəlimxan Yaqubun məqalələri və müsahibələri yeni kitabda işıq üzü görüb
- 12:07 Postprodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edilib
- 10:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:28 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:54 Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib
- 09:45 Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib
- 09:35 YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub
- 14:51 Kitabxanada seminar keçirilib
- 14:47 Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə çəkilmiş filmin premyerası olacaq
- 14:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:21 Xalq artisti Elza İbrahimovanın anadan olmasının 87 ili tamam olur
- 09:10 Pantomima Teatrında “GİL” tamaşasının premyerası olacaq
- 15:05 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 14:38 “Nadir muğam ifaçıları” layihəsi çərçivəsində növbəti tədbir
- 11:29 Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür
- 11:15 Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib
- 10:22 Bu gün Xalq artisti İlham Namiq Kamalın doğum günüdür
- 09:17 Azərbaycan film-nağılında “günəşli uşaqlar” çəkilib
- 17:35 Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı keçiriləcək
- 16:45 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:35 Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya təşkil edilib
- 15:19 Azərbaycanlı gənc rəssamların Romada sərgisi açılacaq
- 14:50 Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
- 11:47 “Fotokompozisiya” kitabı təkrar nəşr olunub
- 09:44 Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 105 ili tamam olur
- 16:25 “Səma” rəqs ansamblı hesabat konserti ilə çıxış edib
- 13:45 Tanınmış koreyalı dirijor Akademik Filarmoniyada ilk dəfə çıxış edəcək
- 11:10 “Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür
- 09:04 Xalq yazıçısı Natiq Rəsulzadənin yeni kitabı işıq üzü görüb
- 09:03 “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunacaq
- 17:21 Türkiyənin “Mədəni Azərbaycan” jurnalının xüsusi buraxılışı dahi Azərbaycan şairi Məhəmməd Füzuliyə həsr olunub
- 16:45 Mədəniyyət naziri Adil Kərimli Şamaxıda vətəndaşları qəbul edəcək
- 15:13 “Sanki yoxsan” filmi ötən il nüfuzlu beynəlxalq festivalların müsabiqə proqramında nümayiş olunub
- 14:13 “Tənha insanın monoloqu” filmi beynəlxalq yayıma hazırdır
- 10:53 Bu gün Əməkdar artist Nəcibə Behbudovanın doğum günüdür
- 10:39 Bu gün Azərbaycanın və SSRİ-nin Xalq artisti İsmayıl Dağıstanlının anadan olmasının 118 ili tamam olur
- 09:32 “TRT” radiosunda yenidən “Azərbaycan rüzgarı” əsəcək
- 09:29 Xaricdə yaşayan azərbaycanlı yazıçının yeni kitabı Türkiyədə çapdan çıxıb
- 14:25 Professor Nizaməddin Şəmsizadə haqqında virtual kitab sərgisi hazırlanıb
- 12:04 “Ağ-qara hərflərin rəngli yuxuları” kino istehsalı layihəsinə yekun vurulub
- 11:03 Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin doğum günüdür
- 09:33 Leyla Əliyevanın iştirakı ilə Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin açılışı olub
- 09:28 Azərbaycan Milli Xalça Muzeyində “Azərbaycan xalçasının ehtişamı. Səfəvi dövrü xəzinəsi” sərgisi açılıb
- 16:15 “Nağılların audiovizual təqdimatı” layihəsi davam edir
- 15:45 Mədəniyyət Nazirliyinin kollektivi təyyarə qəzasında həlak olanların xatirəsini yad edib
- 12:19 Əməkdar elm xadimi Nizaməddin Şəmsizadəyə həsr olunmuş kitab sərgisi açılıb
- 11:36 Bu gün Beynəlxalq Kino Günüdür
- 11:18 "Qədim türk diyarı Naxçıvan" adlı məlumat saatı keçirilib
- 11:15 Ankarada görkəmli Azərbaycan dramaturqu Cəfər Cabbarlının irsi müzakirə olunub
- 10:34 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 09:48 “Sənətkarın dostu” Əlixan Səmədovla görüşüb
- 09:33 Bu gün dünyaşöhrətli müğənni, SSRİ Xalq artisti Zeynəb Xanlarovanın 88 yaşı tamam olur