XƏBƏRLƏR
MƏLUMAT
Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq
ÜMÜMİ XƏBƏRLƏR
11/09/2024 09:10

Sentyabrın 19-dan 22-dək Rusiyanın Saratov şəhərində “Voljskaya volna” kitab festivalı keçiriləcək.

AZƏRTAC təşkilatçılara istinadla xəbər verir ki, festival çərçivəsində ziyarətçilər müəlliflərlə görüşə, mühazirələri dinləyə, kitabların təqdimatlarında iştirak edə bilərlər.

Böyük kitab yarmarkası tədbirin qonaqlarının sərəncamında olacaq.

Qeyd edək ki, ötən il “Voljskaya volna”nı təxminən 20 min nəfər ziyarət edib.

Şəhərə Rusiya Federasiyasının müxtəlif yerlərindən, o cümlədən Azərbaycan və Belarusdan 50-dən çox yazıçı, şair, ədəbi ictimaiyyətin nümayəndələri gəliblər. Yarmarkada Rusiyanın 30 regionundan 140 nəşriyyatın kitabları təqdim olunacaq. Festivalın proqramına 80-dən çox hadisə daxildir.

 

Baxış sayı: 118