XƏBƏRLƏR
MƏLUMAT
“Xocalı soyqırımı-insanlığa qarşı cinayət” mövzusunda mühazirə oxunub
ÜMÜMİ XƏBƏRLƏR
26/02/2024 12:37

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində 139,166 nömrəli tam orta məktəblərin şagirdlərinə “Xocalı soyqırımı-insanlığa qarşı cinayət” mövzusunda mühazirə oxunub.

Mühazirədə faciənin baş vermə səbəbləri, amansız qətliamın miqyası və dəhşətləri barədə ətraflı məlumat verilib, Xocalı soyqırımının dünya miqyasında tanıdılması istiqamətində həyata keçirilən dövlət tədbirlərindən və Heydər Əliyev Fondunun təşkilatçılığı ilə görülən işlərdən danışılıb. Bildirilib ki, illərlə bu soyqırım cinayəti əsl beynəlxalq hüquqi-siyasi qiymətini almasa da, müzəffər Ali Baş Komandanımızın qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin əsgər və zabitlərinin qəhrəmanlığı sayəsində 44 günlük Vətən Müharibəsində qazanılan şanlı Zəfərlə tarixi ədalət bərpa edilib və şəhidlərimizin qanı yerdə qalmayıb.

Baxış sayı: 287