XƏBƏRLƏR
MƏLUMAT
“Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin son seçim turu keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
12/01/2023 04:54

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Mərdəkan Mədəniyyət Sarayında “Xəzərin rəqsi” adlı rəqs müsabiqəsinin son seçim turu keçirilib. Müsabiqənin keçirilməsində əsas məqsəd rəqs sənətinin qədim ənənələrini qoruyub saxlamaq, təbliğini genişləndirmək, bu sahədə istedadları aşkar etmək və onların peşəkar inkişafına istiqamətləndirməkdən ibarətdir.

Müsabiqənin münsiflər heyəti - Xalq artisti Təranə Muradova, Əməkdar artistlər Rəşad Haşımov, Elçin Allahverdiyev, Gülməmməd Şahverdiyev və rəssam- dizayner Ruhiyyə Əliyeva son seçim turunda iştirakçıları 3 yaş qrupu üzrə qiymətləndiriblər.  6-10 yaş qrupu üzrə - 46 nəfər, 11-15 yaş qrupu üzrə - 44 nəfər, 16-18 yaş qrupu üzrə - 8 nəfər və ümumilikdə 98 nəfər  final mərhələsində çıxış etmək haqqı qazanıb.

Qeyd edək ki, müsabiqənin final mərhələsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Baxış sayı: 299