XƏBƏRLƏR
MƏLUMAT
Xalq şairi Məmməd Arazın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
16/10/2023 11:33

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 3 və 6 nömrəli filiallarının birgə təşkilatçılığı ilə Xalq şairi, "İstiqlal" ordeni laureatı Məmməd Arazın 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.

İlk öncə şairin həyatı və yaradıcılığı haqqında məlumat verilib və videoçarx nümayiş olunub.

Sonra çıxış edənlər bildiriblər ki, yaradıcılığında əsasən Vətən, torpağa bağlılıq, vətəndaşlıq, vətənpərvərlik mövzularına müraciət edən şairin bir çox şeirləri bu gün də öz aktuallığını qoruyub saxlayır, dillər əzbəridir. Azərbaycan ədəbiyyatının böyük ustadlarından olan Məmməd Arazın sənəti, yaradıcılığı, əsərləri hər zaman yaşayacaq və müstəqil dövlətçiliyimizin möhkəmlənməsinə xidmət edəcəkdir.

Tədbirin sonunda M.Arazın “Dünya sənin, dünya mənim, dünya heç kimin” şeiri səsləndirilib və sərgiyə baxış keçirilib.

Baxış sayı: 382