Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Qaradağ rayon Heydər Əliyev Mərkəzində Ümummilli lider Heydər Əliyevin strateji yolu haqqında məqalə hazırlanıb.
Müasir müstəqil Azərbaycan Respublikasının ideoloji-siyasi inkişaf yolunu müəyyənləşdirən, XX əsrin sonu dövlətçilik institutunu formalaşdıran Ulu Öndər Heydər Əliyevdir. Ulu Öndər memarı olduğu Azərbaycanın milli inkişaf konsepsiyasının - yeni intibah yolu strategiyasının qurucusudur.
Bu yolda siyasi strateqin həyat və fəaliyyəti bütövlükdə Azərbaycanın XX əsr 70-ci illərindən XXI əsrə keçid ərəfəsi ilə yazılan siyasi tarixi sosiologiyadır. Bu yol üç mərhələdən - sovet, keçid ərəfəsi və postsovet dövründən ibarətdir.
Sovet dövrü əsasən 1969-1986-cı illəri əhatə edir. Keçid ərəfəsi prosesləri 1987-1990-cı illərə aiddir. Üçüncü dövr isə Azərbaycanın dövlət müstəqilliyi mərhələsi, yəni 1991-2003-cü illərdir. Ulu Öndərin şəxsində bu dövrlər ümummilli birlik, həmrəyliyi təlqin edən, çoxvektorlu fəaliyyət, milli inkişaf nəzəri və təcrübi parametrləri ilə əhatə olunur. Bu real gerçəklik müasir Azərbaycanda Heydər Əliyev dərsləri adlanır. Ulu Öndərin dövlət quruculuğu fəaliyyəti siyasətşünaslıqda Heydər Əliyev yolu adlanır. Bu yolda siyasi iradəli, peşəkar dövlətçi Heydər Əliyev xarizması var. Məhz bu müsbət keyfiyyətlər Azərbaycanın siyasi-ictimai inkişaf dinamikasının ən mühüm iqtisadi-sosioloji prioritetlərini əhatə edir:
- Ulu Öndər Heydər Əliyev strateji yolunun məntiqi əsası – çoxsahəli inkişaf fəaliyyəti, bəşəri dünyagörüşü və zəngin milli mədəni-mənəvi, siyasi-hüquqi təlimi əks edən dövlətşünaslıq quruculuğunun siyasi-ideoloji baxışlar sistemidir.
- Heydər Əliyev yolunun sosial-siyasi və iqtisadi xətti – Azərbaycan vətəndaşlarında milli dövlətçilik kimi ali dəyərli hissin, respublikada gedən geniş miqyaslı quruculuq proseslərinin həyata keçməsində, onların iştirakının siyasi-sosioloji gerçəklik intizamıdır.
- Heydər Əliyev yolunun hərbi-təhlükəsizlik xətti – demokratik yanaşma ilə milliliyə söykənən maraqlar və mövqe dəyərlərini ehtiva edən bitkin dövlət quruculuğunda xarici və daxili təhlükəsizliyin qorunmasıdır.
- Heydər Əliyev yolunun strateji platforması – suverenlik əldə etmiş ölkələrin dövlət quruculuğunun formalaşdırılması və tərəqqisi üçün təcrübədən keçmiş modeldir.
- Heydər Əliyev yolunun xarici siyasət kursu - Azərbaycanda milli dövlətçilik institutunun beynəlxalq müstəvidə imic və nüfuzunun yüksəldilməsi, xarici siyasətdə əlaqə və əməkdaşlığın inkişafı istiqamətində dövlətlərarası münasibətlərin maraq və mənafenin qorunma praqmatikliyində, milli birliyin və həmrəyliyin təminatında, diaspor və lobbiçiliyin qurulmasında öyrəniləcək dərslərdir.
- Heydər Əliyev yolunun siyasi qurtuluş sosiologiyası xalqın tələbi ilə hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni düşdüyü xaosdan, parçalanma təhlükəsindən xilas etməsidir. Bu, Azərbaycan dövlətçilik tarixində xilaskar ölkə rəhbəri olmaq, xalqı səfərbər edən liderlik dərsləridir.
1993-cü ildə Azərbaycanın həm müstəqilliyi, həm də dövlət kimi ərazi bütövlüyü bölünməyə məruz qala bilərdi. Bu zaman siyasi və ərazi cəhətdən parçalanmaqda olan ölkəni yalnız Ulu Öndər Heydər Əliyev qurtardı. İyunun 15-i Azərbaycanda Milli Qurtuluş Günü kimi tarixiləşdi. “Mən həyatımın qalan hissəsini də xalqıma bağışlayıram” deyən Ulu Öndər həqiqi anlamda dövləti xarici müdaxilə və daxili çəkişmələrdən xilas etdi.
Heydər Əliyev strateji yolu suverenliyə nə verdi..? Azərbaycan müstəqillik qazandıqdan sonra ölkənin demokratikləşdirilməsi, ictimaiyyətlə hakimiyyət əlaqələrinin qurulması, bazar iqtisadiyyatına keçidin formalaşdırılması, ictimai-siyasi sabitlik, iqtisadi-sosial təminatın qurulması, idarəetmə və hakimiyyətin, ən əsası isə qanunvericilik bazasının yaradılması reallaşdı. Heydər Əliyev yolunun strateji dəyişikliklər kursu az müddətdə ölkədə əsaslı dönüş yaratdı. Bu, bir neçə mərhələdə aparıldı. İlk öncə siyasi-ictimai sabitlik və güclü dövlət quruculuğu prosesinə istiqamət götürüldü. İkinci mərhələdə əsaslı iqtisadi islahatlar, inzibati strukturların demokratik əsaslarda və milli qanunvericilik mətnində yenidən qurulması, məhkəmə və parlamentin formalaşdırılması, vətəndaş cəmiyyətinə və çoxpartiyalı siyasi sistemə keçid, sosiomədəni yenilənmələr də siyasi-sosioloji paralelliyi təşkil edir.
Üçüncü mərhələdə dövlətçiliyin milli ideologiyasının - azərbaycançılığın təminatı quruldu. Ölkədə məskunlaşan hər xalqın öz mədəniyyətinin, adət-ənənəsinin, həyat tərzinin hifz edilməsi, inkişafı, onların hüquqlarının müvafiq qanunlarla qorunması tənzimləndi. Bu zəmində də milli ideologiya -azərbaycançılıq birliyi ətrafında ölkə vətəndaşları sıx birləşdi. Ulu Öndər azərbaycançılıq ideyasını ideologiyaya - milli nəzəri konseptə çevirdi. Ümummilli Liderin idarəetmə strategiyasında çoxmillətli, çoxmədəniyyətli ölkənin xalqlarının milli dövlətçilik haqda istəkləri gerçəkləşdirildi. Azərbaycan vətəndaşlarının, xalqının və bu ərazidə yaşayan xalqların Milli Dirçəliş Siyasi Konsepsiyası zəruriləşdi.
Müstəqil Azərbaycan Ulu Öndərin rəhbərliyi ilə müasir, dünyəvi, dünya birliyi ilə ikitərəfli və çoxtərəfli beynəlxalq əməkdaşlığa inteqrasiya yolunu tutan, suveren və demokratikləşməni həyata keçirən, hüquqi tənzimlənmə zəminində respublika olaraq tanınmağa və sayılmağa başladı.
Ulu Öndərin dövlətçilik strategiyası yolunun əsası ilk milli Konstitusiyasının təsbitidir.
Yeni intibahın ilkin siyasi sosioloji göstəricisi ölkənin yeni iqtisadi inkişafının müəyyənləşməsində “Əsrin müqaviləsi”nin imzalanması xətti oldu.
Ulu Öndər bazar iqtisadiyyatına keçid dövründə tənəzzülə uğramış idman, mədəniyyət, təhsil, elm, səhiyyə, ümumilikdə sosial və humanitar sahənin də dirçəlişinə təkan verdi, dünya birliyi siyasətinə inteqrasiyanın təməlini yaratdı. Belə ki, müstəqil Azərbaycan BMT-dən sonra MDB-nin, ATƏT-in, Avropa Şurasının, İslam Əməkdaşlıq Təşkilatının, Davos İqtisadi Forumunun, İqtisadi Əməkdaşlıq Təşkilatının, Türk Dövlətləri Təşkilatının və s. nüfuzlu qurumların üzvü oldu.
Ümummilli Lider BMT tribunasından ana dilində ilk çıxış edən Azərbaycan rəhbəridir. İstər sovet dövründə, istərsə də müstəqillik illərində Ulu Öndər Azərbaycan dilini dövlət dili olaraq vətəndaşlara təlqin etdi, rəsmiləşdirdi.Bu da azərbaycançılığın əsas təməllərindən biridir.
Müstəqil Azərbaycanda elə bir sahə yoxdur ki, onun yenidən bərpasında, inkişafında Ulu Öndərin fikri, sözü, fərmanı, sərəncamı – imzası olmasın.
Hazırladı: Qaradağ rayon Heydər Əliyev Mərkəzinin kiçik elmi işçisi Davrinbəyova Nuranə
- 17:18 Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti ilə Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbi ilə əməkdaşlıq görüşü keçirilib
- 16:35 Baş İdarənin Heydər Əliyev Mərkəzlərinə ekskursiyalar davam edir
- 15:07 Müəllimlərin bilik və bacarıqlarının ölçülməsi prosesi ilə bağlı mətbuat konfransı keçirilib
- 11:48 Bu gün Əməkdar artist Ayşad Məmmədovun doğum günüdür
- 10:00 Azərbaycan Vaşinqtonda keçirilən 11-ci Beynəlxalq Qış Sərgisində təmsil olunub
- 09:30 Milli Xalça Muzeyində “Sehrli xalça” adlı yeni kolleksiyanın təqdimatı olub
- 09:26 Milli teatr sənətimizin yorulmaz əsgəri
- 09:19 Bu gün rabitə və informasiya texnologiyaları sahəsi işçilərinin peşə bayramıdır
- 09:17 Beynəlxalq Muğam Mərkəzində Motsartın ölməz əsərləri səsləndirilib
- 09:15 “Tablolarda nağıllar” sərgi-müsabiqəsinin yekun tədbiri Rəssamlar İttifaqında olacaq
- 16:15 Bu gün Əməkdar incəsənət xadimi Sadıq Şərifzadənin anadan olmasının 112-ci ili tamam olur
- 15:29 Şuşa Teatrında “Əlibaba və qırx quldur” tamaşası nümayiş olunacaq
- 15:28 Azərbaycanın tanınmış şairinin kitabı ingilis dilində nəşr olunub
- 14:15 “Memarlıq keramikasının bərpası. Texnologiyalar. Nümunələr.” adlı mühazirə keçirilib
- 11:59 Romantik və realist aktyor məktəbinin estetik prinsiplərini yaşadan sənətkar
- 09:52 “Gənclər Paytaxtı” Şuşada təşkil olunan “G-HUB” sammitində islam ölkələrində oyun sənayesinin imkanları müzakirə olunub
- 09:38 Bu gün Beynəlxalq Könüllülər Günüdür!
- 09:23 “Bakı” Müəllif Mahnıları Klubu 50 illik yubileyini qeyd edəcək
- 09:19 Azərbaycan Yazıçılar Birliyində görkəmli yazıçı İsmayıl Qarayevin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 19:27 Beynəlxalq Əlillər Günü ilə əlaqədar Şağan Reabilitasiya Pansionatına ziyarət təşkil edilib
- 17:21 Azərbaycan-Yəmən mədəni əlaqələri müzakirə olunub
- 16:46 21-ci Ankara Kitab Sərgisi çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun nəşrləri təqdim olunub
- 15:50 Azərbaycan Mərakeşdə beynəlxalq tədbirdə təmsil olunub
- 15:23 “Füzulinin yaradıcılığı işığında” adlı tədbir keçirilib
- 14:49 Mədəniyyət naziri Adil Kərimli TİKA-nın başqanı ilə görüşüb
- 12:28 İslam Əməkdaşlıq Təşkilatının (İƏT) “Gənclər Paytaxtı” Şuşa şəhərində yaradıcılıq marafonunun qalibləri açıqlanıb
- 11:35 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 11:30 “Ulduz” jurnalının xüsusi nömrəsi Məhəmməd Füzulinin 530 illiyinə həsr olunub
- 11:06 “Mədəniyyət incisi” layihəsi çərçivəsində estrada müğənnisi Xatun Əliyeva ilə görüş keçirilib
- 09:27 “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub
- 09:25 Azərbaycanın daha bir mədəni elementi UNESCO Siyahısına daxil edildi
- 17:28 İbrahim Əbilov adına Mədəniyyət Mərkəzində “Biz birlikdə güclüyük” adlı tədbir keçirilib
- 16:54 Musiqili Teatrda “Əliqulu bu gün evlənir” komediyasının premyerası olacaq
- 15:43 KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sisteminin tətbiqi təkmilləşdirilir
- 15:35 Şəhid və qazi musiqiçilərə həsr olunmuş kitab - “Nəğmə də bir silahdır”
- 14:30 Bakıda “Resurslar və mədəniyyət. Arxeologiyadan yeni texnologiyaya” mövzusunda beynəlxalq konfrans keçirilib
- 11:25 3 dekabr-Beynəlxalq Əlillər Günüdür
- 11:10 “Məktəb psixoloqları ilə uşaqların məişət zorakılığından müdafiəsi” mövzusunda dəyirmi masa keçirilib
- 11:05 Milli Kitabxanada Beynəlxalq Əlillər Günü münasibətilə kitab sərgisi açılıb
- 11:04 Gənclər Kitabxanasında Beynəlxalq Əlillər Günü ilə əlaqədar silsilə materiallar hazırlanıb
- 10:59 İslam ölkələrinin gəncləri arasında “Şuşa Yaradıcılıq Marafonu” keçirilir
- 10:53 CulTech İnkubasiya proqramına qəbul davam edir!
- 09:36 Qahirə ənənəvi beynəlxalq kitab sərgisinə ev sahibliyinə hazırlaşır
- 17:34 Mədəniyyət naziri Adil Kərimli Kürdəmirdə vətəndaşları qəbul edəcək
- 16:39 Yazıçı-publisist Əlisəfa Azayev ilə görüş keçirilib
- 16:11 3 dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir keçirilib
- 12:41 Orqan musiqisini sevənlər üçün iki konsert proqramı təqdim olunacaq
- 10:03 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:33 Ankarada dahi Füzulinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 09:30 IV Şəki Beynəlxalq Teatr Festivalının rəsmi açılış mərasimi olub
- 09:26 Mədəniyyət naziri Adil Kərimli Xırdalan şəhərində vətəndaşları qəbul edib
- 17:00 Uralskda Azərbaycan Mədəniyyət Günləri keçirilib
- 15:30 Görkəmli şair İlyas Tapdığın 90 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 15:22 Türkiyə Milli Kitabxanasındakı Azərbaycan fondu yeni nəşrlərlə zənginləşdirilib
- 14:21 Şair İlyas Tapdığın 90 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb
- 12:38 Xalq rəssamı Rafiq Nəsirov vəfat edib
- 09:58 Berlində Azərbaycan caz musiqisi təqdim olunub
- 09:45 Ankarada “Şirvanşahların minilliyi” kitabının təqdimatı olub
- 09:33 Bu gün Xalq rəssamı Tahir Salahovun anadan olmasının 96 ili tamam olur
- 09:12 Azərbaycan Mərakeşdə beynəlxalq film festivalında iştirak edəcək