XƏBƏRLƏR
MƏLUMAT
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
11/05/2024 15:19

Mayın 10-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin və Heydər Əliyev adına Hərbi İnstitutun birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konsert keçirilib.

Xətai rayonunda Ulu Öndərin adını daşıyan parkda keçirilən konsertdə rəsmilər, hüquq mühafizə orqanlarının rəhbərləri, Milli Müdafiə Universitetinin kursantları, ictimaiyyət nümayəndələri, şəhid ailələri və qazilər iştirak ediblər .

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndirilib, torpaqlarımızın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra tədbir konsert proqramı ilə davam edib.Konsertdə  tanınmış mədəniyyət və incəsənət xadimləri Əməkdar artist Könül Kərimova, tanınmış müğənnilər Xatun Əliyeva, Amil Həsənov, Şəmistan Əlizamanlı, Arzu Mirzəyeva, Leyla Ramazanlı,Urfan Cəfərov, Gül Meri, Günay Bəylərqızı çıxış ediblər.

Həmçinin Heydər Əliyev adına Hərbi İnstitutun beynəlxalq müsabiqələr laureatı olan Hərbi Orkestrinin tanınmış solistlərinin ifaları,  “Səma”, “İnci”  rəqs ansambllarının təqdim etdiyi rəqslər, Ulu Öndərə, Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər maraqla qarşılanıb.

 

 

Baxış sayı: 237