XƏBƏRLƏR
MƏLUMAT
“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsinə şəhid Elmar Mirzəyev barədə yazılmış nağıl təqdim edildi
ÜMÜMİ XƏBƏRLƏR
20/11/2020 06:23

“Şəhidlər ölməz, Vətən bölünməz!” layihəsi ilə bağlı Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemi (MKS) sosial şəbəkələrə yeni videoçarxlar təqdim etməyə davam edir.

Şəhidlərin əziz ruhunu daim yad edən və ölməz igidlərimizin əziz xatirəsini qələmi ilə yaşadan istedadlı yazıçı Gülarə Munis növbəti nağılını kitabxanaya təqdim etdi.

AYB-nin və AJB-nin üzvü olan yazıçı Gülarə Munis “Göydən alma düşmədi” nağıllar kitabında yer alan “Qoçaq Elmar” haqqında nağılı vitual izləyicilər üçün səsləndirdi.

Yazıçı tərəfindən səsləndirilən nağıl Xəzər rayonu, Türkan qəsəbəsində nitqi qüsurlu uşaqlar üçün olan internat məktəbində təhsil alan Elmar Mirzəyevin qoçaqlığı haqqındadır.

Nağılda 1992-ci il 15 noyabrda Ağdamın Güləbli kəndində şəhid olan 22 yaşlı Elmar Mirzəyevin mərdliyi və yurdu üçün etdiyi fədakarlıqdan bəhs edilir.

Vətənpərvər hisslərlə qələmə alınmış nağıl aşağıdakı linkində yer alır:

https://www.instagram.com/tv/CGsfNyOBzbi/?igshid=rbzubwim5wvi

https://m.facebook.com/story.php?story_fbid=2796607823956460&id=100008218096461

 

Baxış sayı: 299