XƏBƏRLƏR
MƏLUMAT
Şəhid qadın Arəstə Baxışovaya həsr olunmuş şeir təqdim edilib
ÜMÜMİ XƏBƏRLƏR
04/11/2021 02:36

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasına “Tarix yazan igidlərimiz” layihəsi çərçivəsində kitabxanasının Fəxri oxucusu, şairə Esmira Günəş 44 günlük Vətən müharibəsində igid oğullarla yanaşı çiyin-çiyinə vuruşan qadın qəhrəman, Azərbaycan Silahlı Qüvvələrinin çavuşu və hərbi feldşeri, Vətən müharibəsinin şəhidi Arəstə Baxışovaya həsr etdiyi təqdim edib.

“Qadın qəhrəmanım” adlı şeirdə  Arəstə Baxışovanın obrazını, onun qəhrəmanlığını təsvir edir.

Arəstə Baxışova 2018-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edirdi.

Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanındanca tibbi yardım göstərib. Arəstə Baxışova oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub, Biləcəri qəsəbəsinin Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

Qadın qəhrəmanım

Ey qadın qəhrəmanım,

Nümunəsən hər kəsə.

İgid oğullar kimi,

Sən də verdin səs-səsə.

 

Düşmənləri qorxuya

Salıb necə qovdunuz.

Azadlığa can verən

Qəhrəmanlar oldunuz.

 

Qarabağa azadlıq,

Gətirdi hünəriniz.

Sayənizdə azadlıq,

Yaşayırıq indi biz.

 

Sən mənim qəhrəmanım,

Sən tarixin özüsən.

Fəxr edirəm səninlə,

Qadınların gözüsən.

Baxış sayı: 1599