XƏBƏRLƏR
MƏLUMAT
“Uğura Gedən Yol Əngəl Tanımır” adlı tədbir keçiriləcək
ÜMÜMİ XƏBƏRLƏR
09/09/2025 14:51

Sentyabrın 10-da, saat 18:00-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai Rayon İcra Hakimiyyəti və Koxlear İmplantlı Şəxslərə Sosial Yardım İctimai Birliyinin birgə təşkilatçılığı ilə Xətai rayon, Heydər Əliyev parkında Bilik Gününə həsr olunmuş sosial maarifləndirici yönümlü tədbir keçiriləcək.

Tədbir inklüziv dəyərlərin təşviqinə, fərqli inkişaf xüsusiyyətlərinə malik uşaqların cəmiyyətə inteqrasiyasına və onların istedadlarının nümayişinə xidmət edəcək. Dövlət qurumları, Milli Məclis üzvləri, media və ictimaiyyət nümayəndələri iştirak edəcəklər.

 

Baxış sayı: 31