XƏBƏRLƏR
MƏLUMAT
Ramil Qasımov dahi şair Məhəmməd Füzulinin 530 illiyi münasibətilə yeni klip təqdim edib
ÜMÜMİ XƏBƏRLƏR
28/08/2024 09:37

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyi münasibətilə Əməkdar artist Ramil Qasımov “Sənsiz gecələr” adlı klip təqdim edib.

AZƏRTAC xəbər verir ki, klipin ideya müəllifi akademik Rafael Hüseynovdur.

Sözləri Məhəmməd Füzuliyə aid olan əsərin musiqisi Rizvan Sədirxanov, aranjimanı Tural Məmmədova məxsusdur. Klipin səs rejissoru Əməkdar mədəniyyət işçisi Faiq Babayevdir.

Baxış sayı: 96