XƏBƏRLƏR
MƏLUMAT
"Qonağımız var" layihəsi çərçivəsində Elnarə Xəlilova ilə görüş keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
28/12/2023 17:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan H.Abbasov adına Mədəniyyət Mərkəzində "Qonağımız var" layihəsi çərçivəsində tanınmış müğənni Elnarə Xəlilova ilə görüş keçirilib.

Tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Elnarə Xəlilovanın həyat və fəaliyyəti haqqında məlumat verilib. Bildirilib ki, sevilən  müğənni "Qəm otağı", "Məhəbbət payım", "Uzaqlara", "Yuxulu şəhər", "Çünki gəncsən"kimi mahnıları ilə uğur qazanıb.

Görüş zamanı tanınmış müğənni çıxışında səhnə fəaliyyətindən, əldə etdiyi uğurlardan söhbət açıb. Daha sonra sevilən mahnılarını səsləndirib və tamaşaçıların ona ünvanladığı sualları cavablandırıb.

Həmçinin tədbirdə “Aysel” rəqs ansamblı bir-birindən rəngarəng rəqslər təqdim edib.

Baxış sayı: 411