XƏBƏRLƏR
MƏLUMAT
Qələbəyə həsr olunmuş “Borc” bədii filminin çəkilişlərinə başlanılır
ÜMÜMİ XƏBƏRLƏR
27/08/2024 12:10

Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) ötən il təşkil etdiyi film layihələri müsabiqəsinin qalib işlərinin çəkilişləri həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, ARKA-nın maliyyə dəstəyi ilə müsabiqənin qaliblərindən olan “Borc” bədii filminin çəkilişləri başlanır.

Bakı Media Mərkəzinin istehsal edəcəyi filmin rejissoru və prodüseri Orman Əliyev, ssenari müəllifi İsmayıl İmandır. 90 dəqiqəlik tammetrajlı bədii film 44 günlük Vətən müharibəsində Qələbəyə həsr olunub.

“Borc” filmi Orman Əliyevin rejissor kimi bədii kinoda debütüdür.

Ekran əsəri bir DJ-in koronavirus pandemiyası dövründə başına gələn hadisələrdən bəhs edir. Filmin qəhrəmanı könüllü olaraq həmin ərəfədə baş verən İkinci Qarabağ müharibəsində döyüşməyə yollanır...

Bakı Media Mərkəzi Qələbənin 5-ci ildönümü münasibətilə tamaşaçılara sənədli və bədii filmlər silsiləsi təqdim edəcək. “Borc” bu münasibətlə böyük ekranda göstəriləcək ilk bədii film olacaq. Filmin 2025-ci ilin ilk aylarında təqdim olunması nəzərdə tutulur.

Baxış sayı: 106