XƏBƏRLƏR
MƏLUMAT
"Qəhrəmanlarımızı tanıyaq və tanıdaq" rubrikasında Maşallah Abdullayev
ÜMÜMİ XƏBƏRLƏR
27/05/2021 01:13

Abdullayev Maşallah Babakişi oğlu 1950-ci il may ayının 27-də Goranboy rayonunun Kəpənəkçi kəndində anadan olub.

Səkkizillik təhsilini doğma kəndlərində alıb, sonra fəhlə gənclər məktəbində davam etdirib.

1969-cu ildə hərbi xidmətə çağırılıb. 1971-ci ildə Kerç şəhərindən ordudan tərxis olunandan sonra Bakıya gələrək Neft Daşlarında işə başlayıb.

1973-cü ildə Bakı Bədən Tərbiyəsi Texnikumuna qəbul olub, oranı bitirdikdən sonra 1975-ci ildə təyinatla təhsil aldığı Kəpənəkçi kənd orta məktəbinə müəllim göndərilib.

Maşallah Abdullayev erməni quldurlarına qarşı mübarizəyə qoşulan ilk könüllülərdən olub. Ağcakəndin ermənilərdən təmizlənməsində xüsusi xidmətlər göstərib.

Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 23 iyun tarixli 6 saylı Fərmanı ilə Abdullayev Maşallah Babakişi oğluna "Azərbaycanın Milli Qəhrəmanı" fəxri adı verilib.

1992-ci ildə Respublika Müdafiə Nazirliyi nəzdində briqada komandirinin müavini vəzifəsinə təyin edilib, Tərtər, Goranboy, Yevlax ərazilərinə nəzarət edib. Mayor rütbəsinə qədər yüksələn Maşallah Abdullayev 1992-ci ildən 1993-cü ilə qədər Goranboy Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində işləyib.

İgidliyə görə general M.Əsədov adına mükafata layiq görülüb.

Baxış sayı: 70