XƏBƏRLƏR
MƏLUMAT
Musiqi Məktəbində Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib
ÜMÜMİ XƏBƏRLƏR
19/09/2023 05:53

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli Onbirillik Musiqi Məktəbində Milli Musiqi Gününə həsr olunmuş konsert keçirilib.

Konsert Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. 

Sonra qeyd olunub ki,  sentyabrın 18-i Azərbaycan professional musiqisinin banisi, dahi Üzeyir Hacıbəylinin doğum günüdür. 1995-ci ildə Ümummilli Lider Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi hər il qeyd olunması qərara alınıb.

Konsertdə məktəbin məzunları ilk dəfə olaraq birincilər qarşısında çıxış edərək, Azərbaycan bəstəkarlarının əsərlərini, xalq mahnı və rəqslərini yüksək məharətlə ifa ediblər.

Baxış sayı: 330