XƏBƏRLƏR
MƏLUMAT
Misir incəsənətinin tarixi vərəqlənib
ÜMÜMİ XƏBƏRLƏR
21/10/2021 06:12

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Nərimanov rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin əməkdaşı A.Əsgərova dünyanın ən qədim mədəniyyəti - Misir incəsənəti haqqında videoçarx hazırlayıb.

Dövrümüzə qədər gəlib çatan ən qədim incəsənət nümunələri arasında Misir incəsənəti xüsusi yer tutur. Bu ölkədə ilk yaşayış məskənlərinin tarixi neolit dövrünə aid edilir. Bizim dövrümüzə gəlib çatmış ən qədim abidələr isə Qahirə yaxınlığında, vaxtilə Memfis paytaxt şəhərinin yerləşdiyi, Nilin sol sahilindəki sərdabələrin qalıqlarıdır.

Sinifli cəmiyyətin meydana gəlməsi ilə incəsənət firon hakimiyyətinin güclənməsinə xidmət etməyə başlayıb. Qədim Misir memarlığında dinin təsiri aydın hiss olunur.

Misir fironları özləri üçün ehramlar (piramidalar) tikdiriblər. Ehramların inşası tarixin atası sayılan Herodotun “Tarix” əsərində geniş təsvir edilib. 

Aşağıdakı keçidə daxil olaraq videoçarxa baxa bilərsiniz:

https://www.instagram.com/tv/CVA4Hu7gV0H/?utm_source=ig_web_copy_link

Baxış sayı: 1424