Azərbaycanın dünyaşöhrətli bəstəkarı Fikrət Əmirovun “Min bir gecə” baleti 23-25 avqust tarixlərində Çinin paytaxtı Pekində nümayiş olunub.
Dünyanın bir sıra səhnələrini fəth etmiş əsər Sankt-Peterburq Mariinski Teatrının Primorski səhnəsi (Vladivostok şəhəri) balet truppasının Çin Xalq Respublikasına qastrolu çərçivəsində göstərilib.
Truppanın bədii rəhbəri Rusiyanın Əməkdar incəsənət xadimi Eldar Əliyevin yeni quruluş verdiyi tamaşanı 3500-dən çox çinli balet həvəskarı Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində izləyib. Bu, yeni istifadəyə verilən Pekin Milli İfaçılıq Mərkəzinin səhnəsində ilk irimiqyaslı balet tamaşası olub.
Səhnə əsərində əsas rolları Anna Samstrelova, İrina Sapojnikova, Liliya Berejnova, Sergey Umanets, Viktor Mulıgin və başqaları ifa ediblər.
Üç gün ərzində tamaşaları izləyənlər arasında Rusiyanın Primorsk vilayətinin qubernatoru Oleq Kojemyako, Çin Böyük Teatrının direktoru Van Ninq, “İpək Yolu” Beynəlxalq Mədəniyyət Assosiasiyasının prezidenti Klaudio Yanq və başqa rəsmilər, qonaqlar olub.
Tamaşaları Azərbaycan Dövlət Opera və Balet Teatrının baş dirijoru və musiqi rəhbəri Əməkdar artist, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Çin Milli Baletinin simfonik orkestri müşayiət edib.
Balet tamaşasında Mariinski Teatrı Primorski səhnəsinin xoru, opera truppasının solistləri Anastasiya Kikot və əslən azərbaycanlı olan Samirə Həlimova da səhnəyə çıxıblar. Eləcə də tarda solistlər – Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti Ramin Əzimov (Bakı) və Nadejda Medvedeva (Vladivostok) çıxış ediblər.
Azərbaycanın və Yaxın Şərqin musiqi əzəmətini canlandıran “Min bir gecə” baleti çinli sənətsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Qeyd edək ki, dahi bəstəkar, Azərbaycanın və SSRİ-nin Xalq artisti, dövlət mükafatları laureatı Fikrət Əmirovun (1922-1984) məşhur ərəb nağılları əsasında yazdığı “Min bir gecə” baleti ilk dəfə 1979-cu ildə Bakıda Azərbaycan Dövlət Opera və Balet Teatrında tamaşaya qoyulub. Tamaşanın librettosu görkəmli Azərbaycan yazıçıları Maqsud və Rüstəm İbrahimbəyov qardaşlarına məxsusdur.
Bəstəkar əsərdə Azərbaycanın milli aləti - tarı orkestrə daxil etmiş və bütün zərb alətləri arsenalının (bonqo, tam-tam, ksilofon, vibrafon, naqara, zəng, timpani və s.) köməyi ilə ərəb ritmlərinin zənginliyini tamaşaçıya tam çatdırır.
- 15:22 Azərbaycan Moskvada beynəlxalq festival çərçivəsində keçiriləcək konsertdə təmsil olunacaq
- 14:39 Vikipediyanın Türk dili bölməsində “Azərbaycan xalçası” səhifəsi istifadəyə verilib
- 14:25 Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub
- 14:10 Azərbaycan musiqiçiləri Gürcüstanda klassik musiqi festivalında iştirak edir
- 14:08 Azərbaycan Həştərxanda keçirilən Gənclər Forumunda təmsil olunub
- 12:25 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib
- 11:12 Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb
- 11:10 Mədəni irsin bir hissəsi olan çilçıraqlar
- 11:05 Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
- 11:04 Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür
- 10:58 “Qonağımız var” layihəsi davam edir
- 09:56 Bu gün görkəmli şair Salman Mümtazın anım günüdür
- 09:03 “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyi keçirilib
- 15:54 Qırğız yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı olub
- 14:56 “COP29: Məqsəd və hədəflər” adlı videoməlumat hazırlanıb
- 14:16 Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 14:14 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
- 12:52 Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib
- 12:14 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açılıb
- 11:37 Bu gün Xalq artisti Siyavuş Aslanın doğum günüdür
- 11:35 ICESCO İslam dünyasının mədəniyyət paytaxtı Şuşaya həsr olunmuş “Poeziya şəhərləri” müsabiqəsi elan edib
- 10:56 Dövlət Xidməti ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Anlaşma Memorandumu imzalanıb
- 09:58 Bu gün Azərbaycanın Xalq rəssamı Sakit Məmmədovun doğum günüdür
- 09:46 Bəstəkarlarımızın yeni əsərləri musiqi və incəsənət məktəblərinin tədris proqramına daxil ediləcək
- 09:11 Azərbaycan filmi Antalya Beynəlxalq Film Festivalında müsabiqə proqramına daxil edilib
- 17:47 Sahib Paşazadə: “Şərq təranələri” Festivalında Azərbaycanın ilk dəfə münsiflər heyətinə sədrlik etməsi böyük qürur hissi yaradır
- 16:26 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərdəki Xudavəng monastır kompleksində olublar
- 16:19 Polad Bülbüloğlu ikinci Ermitaj Mükafatının laureatı olub
- 15:23 Kitabxana növbəti dəfə “Səyyar kitabxana” xidməti göstərib
- 14:59 “İranə Qasımova ilə açıq poeziya mikrofonu” layihəsinin beş ili tamam olub
- 14:54 Türkiyənin nüfuzlu Akdeniz Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması müzakirə olunub
- 14:18 Məlahət Abbasova Türkiyədə “Ən yaxşı qadın aktrisa” mükafatına namizəddir
- 14:12 Yuğ Teatrı yeni mövsümün açılışına hazırlaşır
- 12:38 “Biz bütöv yer üzündə sülhün tərəfdarıyıq!” adlı videoçarx hazırlanıb
- 10:40 Bu gün Xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür
- 10:36 Azərbaycanda ilk dəfə Baku Cinema Breeze beynəlxalq film festivalı keçiriləcək
- 10:11 Bu il ilk dəfə Füzulidə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzində şagirdlər təhsilə başlayacaq
- 09:40 Akademik Musiqili Teatr yeni mövsümə başlayıb
- 09:07 Mədəniyyət və yaradıcı sənayelər üzrə xaricdə təhsil üçün sənəd qəbulu davam edir
- 09:04 Venesiya Film Festivalında Azərbaycan filmləri nümayiş olunub
- 15:15 “Mütaliə saatı” keçirilib
- 14:52 Azərbaycanlı dirijor MDB-nin dövlətlərarası layihəsi çərçivəsində Başqırdıstanda çıxış edəcək
- 12:15 Beynəlxalq Muğam Mərkəzində Türkiyənin “LAGOM” simli kvartetinin konserti olacaq
- 10:11 Şair Telman Axıncının “Nə yaxşı ki...” kitabının təqdimatı keçirilib
- 09:37 Akademik Rus Dram Teatrı Rusiyaya qastrola gedir
- 09:18 Bu gün Xalq artisti Yaşar Nurinin anadan olmasının 73 ili tamam olur
- 09:15 Bakıda “Mayot. Ölüm adası” filminin təqdimatı olub
- 16:58 Mədəniyyət Nazirliyində “Yüksəliş” qalibləri!
- 15:07 Kitabxanada “Yaradıcı oxucularımız” layihəsi uğurla davam edir
- 14:35 Nəsimi yaradıcılığı Almaniya ədəbiyyat portalında
- 14:10 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər üçün konsert proqramı təşkil edilib
- 12:39 Antalyada “Azərbaycanın təsviri sənəti” mövzusunda sərgi açılıb
- 12:18 Milli Kitabxanada Əməkdar incəsənət xadimi İsmayıl Hacıbəyova həsr olunmuş kitab sərgisi açılıb
- 09:43 Kəlbəcərə həsr olunan sənədli film - Bal kimi süfrə
- 09:39 Teatr tariximizdə ilk İblis və... tamaşasının premyerası Sankt-Peterburqda olacaq
- 09:34 “Qaqauz rəngləri – 2024” beynəlxalq rəssamlar görüşü başa çatıb
- 09:12 “Bakıdan Gəncəyə” layihəsində konsert təşkil olunacaq
- 09:07 “Azərbaycan mədəniyyəti və sənəti günü” tədbirinin iştirakçıları “TRT Antalya” radiosunda olublar
- 15:58 “Qala” qoruğu Arxeologiya üzrə Açıq Hava Muzeylərinin Beynəlxalq Assosiasiyasına üzv seçilib
- 15:01 Türkiyədə Azərbaycan mədəniyyəti və sənəti günləri keçirilir