Bu gün müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Xalq yazıçısı, nasir və ədəbiyyatşünas Gülhüseyn Hüseynoğlunun doğum günüdür.
AZƏRTAC xəbər verir ki, anadan olmasının 101-ci ildönümü tamam olan Gülhüseyn Hüseynoğlu mənsur şeirin yaradıcısı kimi tanınmaqla yanaşı, Müşfiq sevgisini hər bir azərbaycanlıya çatdırmaqla özü də millətin sevimlisinə çevrildi.
Gülhüseyn Hüseynoğlu 1923-cü il oktyabrın 16-da Masallı rayonunun Mollaoba kəndində dünyaya göz açıb. O, kiçik yaşlarında ikən ailəsi ilə birlikdə Bakıya köçüb və burada 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə qəbul olub. 1947-ci ildə ali təhsilini başa vuran Gülhüseyn Hüseynoğlu elə həmin il universitetin aspiranturasına daxil olub, lakin 1948-ci ildə Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan gizli təşkilatın yaradıcılarından biri kimi ittiham edilərək, məhkəmə hökmü ilə 25 illik həbs cəzasına məhkum edilib. O, yalnız 8 il sonra, 1956-cı ildə tam bəraət qazanaraq Azərbaycan Dövlət Universitetinin aspiranturasına bərpa edilib.
Əmək fəaliyyətinə hələ tələbə ikən, 1942-ci ildə “Kommunist” qəzeti redaksiyasında ədəbi işçi olaraq başlayan Gülhüseyn Hüseynoğlu 1945-1947-ci illərdə “Ədəbiyyat qəzeti” redaksiyasında, 1947-1948-ci illərdə isə Gənc Tamaşaçılar Teatrının pedaqoji şöbəsində işləyib. O, 1957-ci ildən etibarən taleyini Azərbaycan Dövlət Universiteti ilə bağlayıb, Filologiya fakültəsinin müasir Azərbaycan ədəbiyyatı kafedrasında müəllim, baş müəllim, dosent və professor vəzifələrində çalışaraq, ömrünün yarım əsrdən artıq bir dövrünü ölkəmizdə təhsilin inkişafına həsr edib.
Müasir Azərbaycan nəsrinin tanınmış nümayəndələrindən olan Gülhüseyn Hüseynoğlu 1944-cü ildən etibarən ədəbi yaradıcılığa başlayıb, yetmiş ilə yaxın müddətdə ədəbiyyatımızın inkişafı naminə çalışıb. Onun özünəməxsus üslubu ilə seçilən əsərləri müasirlərimizin həyatını, mənəvi aləmini dolğun əks etdirir.
Gülhüseyn Hüseynoğlu ədəbiyyatımızda mənsur şeirin ilk və dəyərli nümunələrini yaradıb. Azərbaycan nəsrində bədii-poetik struktur baxımından yeni olan bir janrda meydana gətirilən həmin əsərlər ədəbi tənqidin diqqətini daim özünə cəlb edib və həmişə təqdirlə qarşılanıb.
Yaradıcılığa “Ana” adlı ilk hekayə və “Bənövşə əfsanəsi” adlı ilk mənsur şeirlə başlayan Gülhüseyn Hüseynoğlu 30-a yaxın kitabın müəllifidir.
Gülhüseyn Hüseynoğlunun, eyni zamanda, tədqiqatçı alim kimi Azərbaycan ədəbiyyatşünaslığı qarşısında xüsusi xidmətləri var. O, şəxsiyyətə pərəstişin ilk qurbanlarından olan Mikayıl Müşfiq haqqında ilk monoqrafiyanın, ilk dissertasiyanın və ali məktəblər üçün ilk dərs vəsaitinin müəllifidir. Onun xüsusən böyük şairin poetik irsinə dair çoxsaylı axtarışları, eləcə də digər araşdırmaları həmişə elmi ictimaiyyətin marağına səbəb olub. Yazıçının dərin bədii-estetik keyfiyyətləri və orijinal məzmunu ilə səciyyələnən əsərləri bir sıra dillərə tərcümə olunaraq nəşr edilib.
Mənsur şeiri bir janr kimi Azərbaycan ədəbiyyatına gətirən Gülhüseyn Hüseynoğlu olub. Onun mənsur şeirləri çoxdur. Onların içində şah əsəri olan “Mücrü” çox dillərə tərcümə olunub, haqqında film də çəkilib.
Azərbaycan ədəbiyyatının inkişafında xidmətlərinə görə Gülhüseyn Hüseynoğlu bir sıra mükafatlara və təltiflərə, o cümlədən 2005-ci ildə “Xalq yazıçısı” fəxri adına layiq görülüb.
Gülhüseyn Hüseynoğlu 2013-cü il iyulun 8-də vəfat edib. O, Azərbaycan xalqının yaddaşında bir örnək kimi həmişə yaşayacaq.
- 17:12 Füzulidə növbəti “Şəhər günü” keçirilir
- 16:48 Cəfər Cabbarlı mükafatının təqdimatı olub
- 16:37 Yazıçı, publisist Aqşin Yenisey ilə görüş keçirilib
- 15:52 Azərbaycan paytaxtında 19-cu Bakı Caz Festivalı başlayır
- 15:05 Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
- 14:29 Bəstəkarlar İttifaqının bayram plenumu Şuşada keçirilib
- 11:53 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib
- 10:47 Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb
- 10:06 Bu gün Füzuli Şəhəri Günüdür
- 09:38 İzmirdə keçirilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”nün rəsmi açılışı olub
- 09:20 Dövlət Film Fondunda Xalq artisti Rza Təhmasibin xatirəsi anılıb
- 09:15 Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
- 17:28 ARKA təmsilçisi beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçilib
- 16:48 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:01 İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub
- 14:13 Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür
- 13:09 Fəlsəfə doktoru Cavanşir Feyziyevin “Üşüyən küçələr” adlı kitab haqqında rəyi oxuculara təqdim edilib
- 12:08 Milli Xalça Muzeyində “Tikmə sənəti” mövzusunda beynəlxalq konfrans işinə başlayıb
- 11:20 “15 oktyabr - Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün” mövzusunda dəyirmi masa keçirilib
- 11:14 Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub
- 11:00 Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötür
- 10:54 “Böyük Yolun Müzəffər Davamçısı” mövzusunda dəyirmi masa təşkil olunub
- 10:10 Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:01 Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
- 09:54 Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 09:50 Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:55 “Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində
- 15:08 İzmirdə Həsən bəy Zərdabiyə həsr olunan simpozium keçirilib
- 14:59 Türkiyənin “TRT” radiosunda Xalq artisti Cahangir Cahangirova həsr olunan veriliş yayımlanıb
- 14:54 “Mezzo” telekanalı cazmen Şahin Növrəslinin konsertini canlı yayımda təqdim edəcək
- 12:16 Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür
- 09:54 Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub
- 09:24 Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
- 17:22 Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq
- 15:21 “Küknarlara məktub” növbəti dəfə Milli Dram Teatrının səhnəsində
- 14:46 “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ilk təlim Qusar teatrında təşkil edilib
- 14:42 Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb
- 10:04 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir
- 10:00 Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 91 ili tamam olur
- 09:46 Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub
- 09:17 “TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb
- 09:14 Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək
- 17:21 ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
- 15:50 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
- 14:32 Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
- 14:29 Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
- 12:11 Xalq artisti, bəstəkar Eldar Mansurov ilə görüş keçirilib
- 11:37 XIX Bakı Caz Festivalında 11 ölkədən ifaçılar çıxış edəcəklər
- 09:41 Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub
- 09:26 Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub
- 09:22 Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
- 14:34 Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib
- 12:03 Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir
- 11:30 Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam edir
- 10:06 Bu gün görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 85 ili tamam olur
- 09:28 Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib
- 09:23 Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
- 09:19 Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək
- 16:07 “Dayanıqlı sosial siyasətin Heydər Əliyev modeli” mövzusunda mühazirə keçirilib
- 16:03 Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib