Oktyabrın 16-da Azərbaycan Milli Xalça Muzeyində “Tikmə sənəti” adlı beynəlxalq elmi konfrans işinə başlayıb.
AZƏRTAC xəbər verir ki, tədbir Milli Xalça Muzeyinin və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlığı Fondunun dəstəyi ilə keçirilir.
Konfransda Milli Xalça Muzeyinin direktoru sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Əminə Məlikova bildirib ki, dekorativ-tətbiqi sənətin müxtəlif növləri mövcuddur: “Bu növlərdən biri də bədii tikmə sənətidir. Xalqımız ta qədimdən öz geyiminə, eləcə də həyat və məişətdə istifadə etdiyi bir çox əşyalara gözəllik verməyə çalışmışdır. Geyim üzərində, habelə məişət əşyalarından - pərdə, örtük, süfrə, balış, mütəkkə və s. üzərində işlənilmiş bəzəklər xalq sənətinin ən çox yayılmış növü sayılan tikmə üsulu ilə icra olunmuşdur”. O, ölkəmizdə qeyri-maddi mədəni irsinin daha yaxşı qorunması və təbliği istiqamətində Heydər Əliyev Fondunun və Fondun prezidenti Mehriban xanım Əliyevanın gördüyü işləri yüksək qiymətləndirib.
Diqqətə çatdırılıb ki, hazırda dünyada dekorativ-tətbiqi sənətin bədii tikmə növünü yaşadan rəssam və sənətkarlarla yanaşı, bu sahədə tədqiqatlar aparan alim və mütəxəssislər, həmçinin Azərbaycan Milli Xalça Muzeyi kimi ixtisaslaşmış mədəniyyət müəssisələri fəaliyyət göstərir. Bunu nəzərə alaraq, təşkil edilən beynəlxalq elmi konfransın əsas məqsədi dünya xalqlarının ortaq mirası olan tikmələrlə bağlı tədqiqat işlərini genişləndirmək, bilikləri təkmilləşdirmək, faydalı fikir və təcrübə mübadiləsi aparmaqdır.
“Konfransa Azərbaycan, Belarus, Rusiya, Gürcüstan, Qazaxıstan, Özbəkistan və Qırğızıstandan tədqiqatçılar qatılıb. Akademik sessiyalarda “Tikmə sənətində təsvir və naxışların semantikası”, “Müxtəlif ölkələrin yerli tikmə məktəbləri”, “Tikmə ənənəvi geyim bəzəyi kimi”, “Tikmələrin bərpa və konservasiyası”, “Tikmə sənəti müasirlik kontekstində” kimi mövzular müzakirə olunacaqdır”, - deyə muzeyin direktoru vurğulayıb.
Mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov isə bildirib ki, qədim irsin yaşadılması və gələcək nəsillərə ötürülməsində muzeylərin böyük rolu var. O, xalçalarda naxış və ənənələrin qədim və müasir qarşılığı, bu ənənələrin toxuculuqda qorunması və muzeylərdə təbliği istiqamətində fikirlərini bölüşüb. Laçın şəhərinin 2025-ci il MDB-nin mədəniyyət paytaxtı elan edilməsini mühüm hadisə kimi dəyərləndirən C.Səlimxanov deyib ki, bu konfrans mədəni əməkdaşlığı daha da geşləndirəcək. Konfransın böyük əhəmiyyət daşıdığını söyləyən natiqb diqqətə çatdırıb ki, bu mədəni tədbirlər muzeylər arasında əməkdaşlığın, maraqlı birgə layihələrin ərsəyə gəlməsi üçün ideyaların verilməsi üçün çox vacibdir.
Sonra Özbəkistan Təsviri İncəsənət Qalereyasının direktoru sənətşünaslıq üzrə elmlər doktoru, professor, eyni zamanda, sərginin kuratoru Kamola Akilovanın moderatorluğu ilə “Dünya xalqlarının bədii tikmə ənənələri” mövzusunda sessiya keçirilib. Sessiyada Rusiya, Azərbaycan, Qazaxıstan alimlərinin “Rusiya naxışlarda: güləbətin tikmə sənətinin ənənələri və müasirliyi”, “Azərbaycan Milli Xalça Muzeyi kolleksiyasından XVII–XVIII əsrlərə aid iki ədəd unikal tikmələr haqqında” və “Tətbiqi sənətdə dekor etnik kimliyin əlaməti kimi” mövzularında məruzələr dinlənilib.
Konfransda Azərbaycan Milli Xalça Muzeyinin kolleksiyasına yeni daxil olan XVII əsrin sonu - XVIII əsrin əvvəlinə aid iki bədii tikmə nümunəsi təqdim edilib. Təqdim edilən hər iki nadir tikmə nümunəsi Qarabağ sənətkarlarının əl işidir. XVII əsrin sonu – XVIII əsrin əvvəllərinə aid, kətan, yun və ipəkdən hazırlanmış birinci tikmə örtmə texnikasında hazırlanıb. Bu tikmə parça üzərinə çəkilmiş rəsm vasitəsilə icra olunub. Tikmənin ara sahəsi qəhvəyi rəngdədir və mərkəzində memarlıqda geniş istifadə edilən üç böyük, iki kiçik ölçülü səkkizguşəli medalyon təsvir edilib. Digər eksponat isə Qarabağda hazırlanmış XVII əsrin sonu – XVIII əsrin əvvllərinə aid tikmənin fraqmentidir. Ara sahənin tünd qəhvəyi rəngli yerliyində Qarabağın “Xətai” çeşnisinin bir hissəsi təqdim edilir. Kompozisiyaya xas ağ yerlikli qolların üzərində budağabənzər qarmaqvari elementlər, onların ətrafında isə stilizə edilmiş həndəsi elementlər və qoruyucu məna daşıyan əjdaha təsvirləri verilib.
Konfrans oktyabrın 18-dək davam edəcək.
- 17:12 Füzulidə növbəti “Şəhər günü” keçirilir
- 16:48 Cəfər Cabbarlı mükafatının təqdimatı olub
- 16:37 Yazıçı, publisist Aqşin Yenisey ilə görüş keçirilib
- 15:52 Azərbaycan paytaxtında 19-cu Bakı Caz Festivalı başlayır
- 15:05 Xalq şairi Rəsul Rza yaradıcılığı ABŞ ədəbiyyat portalında
- 14:29 Bəstəkarlar İttifaqının bayram plenumu Şuşada keçirilib
- 11:53 “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” adlı tədbir keçirilib
- 10:47 Milli Kitabxanada Füzuli Şəhəri Günü ilə bağlı virtual sərgi açılıb
- 10:06 Bu gün Füzuli Şəhəri Günüdür
- 09:38 İzmirdə keçirilən “Azərbaycan Mədəniyyəti və İncəsənəti Günü”nün rəsmi açılışı olub
- 09:20 Dövlət Film Fondunda Xalq artisti Rza Təhmasibin xatirəsi anılıb
- 09:15 Bakıda “Qərbi Azərbaycan mədəniyyəti” festivalı keçirilib
- 17:28 ARKA təmsilçisi beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri seçilib
- 16:48 Azərbaycan Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 15:01 İzmirdə Azərbaycanın milli geyimləri nümayiş olunub
- 14:13 Bu gün Xalq artisti Ramiz Mustafayevin doğum günüdür
- 13:09 Fəlsəfə doktoru Cavanşir Feyziyevin “Üşüyən küçələr” adlı kitab haqqında rəyi oxuculara təqdim edilib
- 12:08 Milli Xalça Muzeyində “Tikmə sənəti” mövzusunda beynəlxalq konfrans işinə başlayıb
- 11:20 “15 oktyabr - Azərbaycanın suverenliyinin tam bərpa olunduğu gün” mövzusunda dəyirmi masa keçirilib
- 11:14 Milli Kitabxanada akademik İsa Həbibbəylinin yaradıcılığına həsr edilən sərgi təqdim olunub
- 11:00 Xalq yazıçısı Gülhüseyn Hüseynoğlunun anadan olmasından 101 il ötür
- 10:54 “Böyük Yolun Müzəffər Davamçısı” mövzusunda dəyirmi masa təşkil olunub
- 10:10 Nəbi Xəzrinin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş şeir müsabiqəsinin şəhər üzrə yekun turu keçirilib
- 10:01 Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı keçirilib
- 09:54 Mədəniyyət Nazirliyi ilə Təhsilin İnkişafı Fondu arasında əməkdaşlıq müqaviləsi imzalanıb
- 09:50 Abdulla Şaiqin mənzil-muzeyində Füzulinin 530 illiyinə həsr olunmuş tədbir keçirilib
- 16:55 “Xurşidbanu Natəvan” yenidən Milli Dram Teatrının səhnəsində
- 15:08 İzmirdə Həsən bəy Zərdabiyə həsr olunan simpozium keçirilib
- 14:59 Türkiyənin “TRT” radiosunda Xalq artisti Cahangir Cahangirova həsr olunan veriliş yayımlanıb
- 14:54 “Mezzo” telekanalı cazmen Şahin Növrəslinin konsertini canlı yayımda təqdim edəcək
- 12:16 Bu gün görkəmli kinorejissor Hüseyn Seyidzadənin doğum günüdür
- 09:54 Peru mətbuatında Azərbaycanın zəngin mədəniyyəti barədə xəbər dərc olunub
- 09:24 Mədəniyyət Nazirliyində xarici sirk rəhbərləri və mütəxəssisləri ilə görüş keçirilib
- 17:22 Rusiyanın Orenburq vilayətində Füzulinin 530 illiyinə həsr olunmuş bədii qiraət müsabiqəsi olacaq
- 15:21 “Küknarlara məktub” növbəti dəfə Milli Dram Teatrının səhnəsində
- 14:46 “Peşəkar teatr dərsləri” layihəsi çərçivəsində ilk təlim Qusar teatrında təşkil edilib
- 14:42 Cəfər Cabbarlı Mükafatının qaliblərinin adları açıqlanıb
- 10:04 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə teatrların regionlara təşkil olunan qastrol səfərləri davam edir
- 10:00 Bu gün Xalq şairi Məmməd Arazın anadan olmasının 91 ili tamam olur
- 09:46 Filarmoniyada Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin konserti olub
- 09:17 “TRT” xəbər agentliyi Azərbaycan şairi Əhməd Cavad haqqında geniş xəbər hazırlayıb
- 09:14 Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək
- 17:21 ICESCO nümayəndə heyəti Ağdam şəhərinə səfər edib
- 15:50 Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib
- 14:32 Mədəniyyət naziri Azərbaycan Dövlət Kukla Teatrında olub
- 14:29 Adil Kərimli “Yuğ” teatrının kollektivi ilə görüşüb
- 12:11 Xalq artisti, bəstəkar Eldar Mansurov ilə görüş keçirilib
- 11:37 XIX Bakı Caz Festivalında 11 ölkədən ifaçılar çıxış edəcəklər
- 09:41 Azərbaycan Limada keçirilən Beynəlxalq Mədəniyyət, Turizm və Təhsil Sərgisində təmsil olunub
- 09:26 Musiqili Teatrda “Killerdən teleqram” monotamaşasının premyerası olub
- 09:22 Mədəniyyət Nazirliyində “Euronews”un nümayəndə heyəti ilə görüş olub
- 14:34 Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm sərgi-müsabiqəsi elan edilib
- 12:03 Milli Kitabxanada “Şərqşünas alim Aida İmanquliyeva” adlı kitab sərgisi keçirilir
- 11:30 Kitabxanada “Yubileylər silsiləsi” layihəsi davam edir
- 10:06 Bu gün görkəmli alim Aida İmanquliyevanın anadan olmasının 85 ili tamam olur
- 09:28 Nizami Kino Mərkəzində XV Bakı Beynəlxalq Film Festivalının bağlanış-mükafatlandırma mərasimi keçirilib
- 09:23 Şuşa və Ağdam abidələri ICESCO-nun İslam Dünyası İrsinin İlkin Siyahısına daxil edilib
- 09:19 Xalça Muzeyində “İqlimlər və ilmələr” adlı beynəlxalq sərgi keçiriləcək
- 16:07 “Dayanıqlı sosial siyasətin Heydər Əliyev modeli” mövzusunda mühazirə keçirilib
- 16:03 Xalq şairi Nəbi Xəzrinin 100 illik yubileyi ilə əlaqədar sərgi təşkil edilib