XƏBƏRLƏR
MƏLUMAT
Mədəniyyət nazirinin Salyandakı vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib
ÜMÜMİ XƏBƏRLƏR
13/02/2024 15:36

Mədəniyyət naziri Adil Kərimlinin fevralın 23-də Salyan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaşlarla görüşünün vaxtı dəyişdirilib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, qəbul fevralın 17-də Salyan rayonu Heydər Əliyev Mərkəzində (Ünvan: Salyan şəhəri, Təbriz Xəlilbəyli küçəsi, 136) keçiriləcək. Qəbulda Salyan, Hacıqabul, Biləsuvar, Neftçala rayonlarından və Şirvan şəhərinin sakinlərinin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, vətəndaşların müraciət tarixinin müddəti başa çatıb.

Baxış sayı: 133