Avqustun 20-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin filialı olan Niyazinin Mənzil Muzeyində görkəmli dirijor və bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, Azərbaycan və SSRİ Dövlət mükafatları laureatı, C.Hehru adına Beynəlxalq Mükafat Laureatı Niyazinin anadan olmasının 112 illiyinə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə muzeydə təşkil olunan "Açıq qapı günü"ndə ziyarətçilər və tədbir iştirakçıları "Nizayi-112" sərgisi ilə tanış olublar.
Tədbir Ümummilli Lider Heydər Əliyevin maestro Niyazi haqqında xatirələrinin videoyazısı ilə başlayıb.
Niyazinin Mənzil Muzeyinin müdiri, Əməkdar mədəniyyət işçisi Rza Bayramov unudulmaz sənətkarın yaradıcılığı, Azərbaycan musiqi mədəniyyətində əvəzsiz xidmətlərindən danışıb. Bildirib ki, milli dirijorluq məktəbinin formalaşması və onun böyük inkişaf yolu keçməsi bilavasitə Niyazinin adı ilə bağlıdır. Niyazi bütün həyatı boyu Azərbaycan musiqisində yaranmış yeni əsərlərin təbliğində müstəsna xidmətlər göstərib.
Sonra Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Azər Dadaşov Niyazi haqqında xatirələrini bölüşüb, fortepianoda "Sumqayıt" kantatasından və "Qızıldan" mahnısından fraqment ifa edib. O, həmçinin musiqi əsərlərindən ibarət kitabını muzeyə hədiyyə edib.
Tədbirdə digər çıxış edənlər Niyazinin həyat və yaradıcılığından danışıb, onun Azərbaycan mədəniyyətinin görkəmli simalarından biri kimi fəaliyyət göstərdiyini vurğulayıblar.
Diqqətə çatdırılıb ki, Niyazi yaradıcılığına, şəxsiyyətinə Ulu Öndər Heydər Əliyevin də böyük qayğı və diqqəti olub.
Bəstəkar Niyazi Azərbaycan musiqisində bitkin və dolğun məzmunlu simfonik əsərlərin müəllifi kimi də milli simfonizmin təşəkkülünə dəyərli töhfələr verib. Onun “Xosrov və Şirin” operası, “Rast” simfonik muğamı, “Çitra” baleti və onlarla irili-xırdalı əsərləri musiqi xəzinəmizin dəyərli inciləridir.
Tədbirdə Niyazi haqqında görkəmli musiqi xadimlərinin xatirələri səsləndirilib və videoxatirələr nümayiş edilib. Bütün çıxışlar Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin zəngin kolleksiyaları əsasında hazırlanmış slayd-şou ilə müşayiət olunub.
Tədbirin bədii hissəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Gülnaz İsmayılovanın ("Arzu" romansı) və digərlərinin ifalarında Niyazinin və Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert proqramı təqdim olunub.
Konsert proqramının rejissoru Azərbaycan Respublikasının Əməkdar artisti İnarə Babayevadır.
- 15:31 Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur
- 15:12 “Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində
- 14:33 Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur
- 13:04 “Baku Steel Art 2024” sərgisində 7 ölkədən rəssamlar iştirak edəcək
- 11:22 “Elmimizin gələcəyi gənclərin əlindədir” adlı dəyirmi masa keçirilib
- 10:56 Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb
- 10:04 Bu gün Əməkdar artist Əli Zülalovun doğum günüdür
- 09:21 Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür
- 17:16 COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib
- 16:21 “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” adlı tədbir keçirilib
- 15:49 Gəncədə Nizami Günləri layihəsinin açılış mərasimi keçirilib
- 14:49 Kitabxanada gənc rəssam Ləman Əkbərovanın fərdi rəsm sərgisi açılıb
- 14:20 Şuşa Teatrı yeni mövsümün açılışına hazırlaşır
- 12:27 Rejissor Vasif Babayev şəxsi videokamerasını Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edib
- 11:12 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 10:27 Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illiyi ilə əlaqədar sərgi təşkil edilib
- 09:52 Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür
- 09:10 XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq
- 16:26 “Qurdoğlu” tarixi romanı işıq üzü görüb
- 13:54 “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib
- 11:37 Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 11:16 Beynəlxalq Muğam Mərkəzində kino və musiqi axşamı olub
- 10:51 “Mütaliə saatı” təşkil olunub
- 10:15 Azərbaycanlı alimin “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı təqdim olunub
- 10:04 Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür
- 09:10 Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq
- 14:43 Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq
- 12:00 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:34 Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb
- 09:27 Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
- 09:24 “Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib
- 16:30 Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:29 Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub
- 15:24 Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
- 14:55 “Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 12:32 Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür
- 12:18 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 11:57 Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 09:36 Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
- 09:31 Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib
- 09:17 Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
- 15:22 Azərbaycan Moskvada beynəlxalq festival çərçivəsində keçiriləcək konsertdə təmsil olunacaq
- 14:39 Vikipediyanın Türk dili bölməsində “Azərbaycan xalçası” səhifəsi istifadəyə verilib
- 14:25 Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub
- 14:10 Azərbaycan musiqiçiləri Gürcüstanda klassik musiqi festivalında iştirak edir
- 14:08 Azərbaycan Həştərxanda keçirilən Gənclər Forumunda təmsil olunub
- 12:25 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib
- 11:12 Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb
- 11:10 Mədəni irsin bir hissəsi olan çilçıraqlar
- 11:05 Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
- 11:04 Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür
- 10:58 “Qonağımız var” layihəsi davam edir
- 09:56 Bu gün görkəmli şair Salman Mümtazın anım günüdür
- 09:03 “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyi keçirilib
- 15:54 Qırğız yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı olub
- 14:56 “COP29: Məqsəd və hədəflər” adlı videoməlumat hazırlanıb
- 14:16 Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 14:14 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
- 12:52 Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib
- 12:14 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açılıb