26 avqust – Laçın Şəhəri Günü tədbirləri Həkəri çayının sahilində müxtəlif tədbirlərlə davam edib.
Əvvəlcə Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli əlamətdar gün münasibətilə təşkil edilən sərgilərlə tanış olub.
Sonra “Can Laçın” yarmarkası – bölgəyə məxsus mətbəx nümunələrinin təqdimatı olub. Eyni zamanda uşaqlar üçün əyləncəli tədbirlər – çərpələng uçurtma, maska, şar və torba oyunları, “face art” və s. keçirilib.
"Ata vəsiyyəti – oğul Zəfəri" və "Bir millət, iki dövlət" adlı xalçaların hanadan kəsimi isə tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb. Məlumat verilib ki, "Ata vəsiyyəti – oğul Zəfəri" xalçası Ulu öndər Heydər Əliyevin Prezident İlham Əliyevə "Qarabağ vəsiyyəti" əsasında toxunub. "Bir millət, iki dövlət" xalçası isə Ümummilli lider Heydər Əliyevin Türkiyə-Azərbaycan qarşadlığı haqqındakı məşhur "Bir millət, iki dövlət" müdrik kəlamı əsasında hazırlanıb. Hər iki dövlətin bayrağının əks olunduğu xalçanın fonunda isə Qarabağın məşhur “Xətai” (XVII əsr) qrupuna aid "Əjdahalı" xalçasından və Türkiyənin “Lotto” (XVII əsr) xalçasından fraqmentlər verilib. Hər iki xalçanın müəllifi Elnarə Rəsulovadır.
Daha sonra tədbir çərçivəsində “poeziya saatı” təşkil edilib.
Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhminin aparıcılığı ilə gerçəkləşən tədbirdə ilk olaraq yeni çapdan çıxmış “Laçın – 100” ədəbi antologiyasının təqdimatı olub. Toplayanı və tərtibçisi şair-publisist İlham Qəhrəman olan kitab Laçın şəhərinin salınmasının 100 (1924–2024) illiyinə həsr olunub. Nəşrdə indiki Laçın ərazisində yazıb-yaratmış şair, nasir və aşıqların yaradıcılığından nümunələr toplanıb. 400 illik dövrü əhatə edən antologiyanın poeziya bölümü Sarı Aşıq, Mir Həmzə Nigari kimi klassiklərin yaradıcılığı ilə açılır.
XVII, XVIII və XIX əsrlərdə yaşamış, yaradıcılığı günümüzə tam gəlib çatmayan və adları ədəbi mühitə məlum olmayan Aşıq Alı (suvatlı), Əmir Bəy, Aşıq Abbas, Qara Kərim, Şair Məmmədalı, Aşıq Cəfərqulu kimi saz-söz adamlarının yaradıcılığından nümunələr də kitabda yer alıb.
Təqdimatdan sonra laçınlı yazarlar Şərif Ağayar, Səddam Laçın, musiqiçilər Əməkdar artist, xanəndə Ehtiram Hüseynov, həmçinin Xəyal Hüseynov, Aşıq Sahil, Aşıq Afil və digərləri bədii proqramla çıxış ediblər.
Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının aktyorları tərəfindən "Sarı Aşığın hekayəti" adlı teatral kompozisiya təqdim edilib.
- 15:31 Adil Kərimli: Ölkəmizdə mədəni irs obyektlərinin hər biri dövlət tərəfindən qorunur
- 15:12 “Şuşa günləri” bu dəfə qardaş Xivə şəhərində
- 14:33 Azərbaycan Türkiyədə keçirilən Beynəlxalq Yörük Türkmən Festivalında təmsil olunur
- 13:04 “Baku Steel Art 2024” sərgisində 7 ölkədən rəssamlar iştirak edəcək
- 11:22 “Elmimizin gələcəyi gənclərin əlindədir” adlı dəyirmi masa keçirilib
- 10:56 Beynəlxalq Muğam Mərkəzi ilə Özbəkistanın iki ali təhsil müəssisəsi arasında birgə əməkdaşlıq memorandumu imzalanıb
- 10:04 Bu gün Əməkdar artist Əli Zülalovun doğum günüdür
- 09:21 Bu gün görkəmli bəstəkar Arif Məlikovun anadan olmasından 91 il ötür
- 17:16 COP 29 çərçivəsində Azərbaycan, BƏƏ və Braziliya Mədəniyyət Nazirlərinin görüşü keçirilib
- 16:21 “Şəhid qanı axmayan torpaqdan Vətən olmaz!” adlı tədbir keçirilib
- 15:49 Gəncədə Nizami Günləri layihəsinin açılış mərasimi keçirilib
- 14:49 Kitabxanada gənc rəssam Ləman Əkbərovanın fərdi rəsm sərgisi açılıb
- 14:20 Şuşa Teatrı yeni mövsümün açılışına hazırlaşır
- 12:27 Rejissor Vasif Babayev şəxsi videokamerasını Azərbaycan Dövlət Film Fondunun muzeyinə hədiyyə edib
- 11:12 Kitabxanada “Təbiətə valeh olanlar” layihəsi davam edir
- 10:27 Əməkdar incəsənət xadimi İlham Rəhimlinin 75 illiyi ilə əlaqədar sərgi təşkil edilib
- 09:52 Bu gün Azərbaycanın dövlət xadimi və yazıçısı Yusif Vəzir Çəmənzəminlinin doğum günüdür
- 09:10 XX əsrin əvvəllərində Azərbaycanda nəşr edilən nadir kitablar nümayiş olunacaq
- 16:26 “Qurdoğlu” tarixi romanı işıq üzü görüb
- 13:54 “Ən müqəddəs pay kəlağay” kitabının təqdimatı keçirilib
- 11:37 Üzeyir Hacıbəyli XVI Beynəlxalq Musiqi Festivalı keçiriləcək
- 11:16 Beynəlxalq Muğam Mərkəzində kino və musiqi axşamı olub
- 10:51 “Mütaliə saatı” təşkil olunub
- 10:15 Azərbaycanlı alimin “Güney Azərbaycan etnokulturoloji dəyərlər diskursunda” adlı kitabı təqdim olunub
- 10:04 Bu gün Xalq artisti Muxtar Dadaşovun doğum günüdür
- 09:10 Azərbaycan “Voljskaya volna” kitab festivalında təmsil olunacaq
- 14:43 Azərbaycan Türkiyədə keçiriləcək III Beynəlxalq Antalya Yörük Türkmən Festivalında təmsil olunacaq
- 12:00 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:34 Milli Kitabxanada professor İsrafil İsrafilovun 75 illiyi münasibətilə kitab sərgisi açılıb
- 09:27 Bülbülün Memorial Muzeyində Xalq artisti Mobil Əhmədovun xatirəsi anılıb
- 09:24 “Bayatı-Şiraz” Norveç səhnəsində səsləndirilib
- 16:30 Nəbi Xəzrinin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
- 16:29 Rəşad Məcidin 60 illiyinə həsr olunmuş kitab çap olunub
- 15:24 Azərbaycanlı rejissorun ekran əsəri Kazan Film Festivalında iştirak edir
- 14:55 “Naz-Nazı” muğam qrupu Gəncə Dövlət Filarmoniyasında çıxış edəcək
- 12:32 Bu gün Xalq artisti Habil Əliyevin anım günüdür
- 12:18 “Kitabxanaya kitab hədiyyə edirik” layihəsi uğurla davam edir
- 11:57 Azərbaycan yazıçısının kitabı Təbrizdə nəşr olunub
- 09:36 Venesiya Film Festivalında “Qızıl Şir” mükafatının qalibi məlum olub
- 09:31 Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı iki yeni sənətkarlıq nümunəsi ilə zənginləşib
- 09:17 Azərbaycan Haaqada 12-ci “Səfirliklər Festivalı”nda təmsil olunub
- 15:22 Azərbaycan Moskvada beynəlxalq festival çərçivəsində keçiriləcək konsertdə təmsil olunacaq
- 14:39 Vikipediyanın Türk dili bölməsində “Azərbaycan xalçası” səhifəsi istifadəyə verilib
- 14:25 Sankt-Peterburqda "İblis və..." tamaşasının premyerası olub
- 14:10 Azərbaycan musiqiçiləri Gürcüstanda klassik musiqi festivalında iştirak edir
- 14:08 Azərbaycan Həştərxanda keçirilən Gənclər Forumunda təmsil olunub
- 12:25 44 günlük Vətən müharibəsinə həsr olunmuş tədbir keçirilib
- 11:12 Milli Kitabxanada “Cəfər Cəfərov - 110” adlı sərgi açılıb
- 11:10 Mədəni irsin bir hissəsi olan çilçıraqlar
- 11:05 Şuşada Beynəlxalq Qastronomiya Günü keçirilir
- 11:04 Bu gün Xalq artisti İlham Əsgərovun anım günüdür
- 10:58 “Qonağımız var” layihəsi davam edir
- 09:56 Bu gün görkəmli şair Salman Mümtazın anım günüdür
- 09:03 “Azərbaycanım” beynəlxalq jurnalının 20 illik yubileyi keçirilib
- 15:54 Qırğız yazıçısının Azərbaycan dilinə tərcümə edilmiş kitabının təqdimatı olub
- 14:56 “COP29: Məqsəd və hədəflər” adlı videoməlumat hazırlanıb
- 14:16 Azərbaycan 37-ci Moskva Beynəlxalq Kitab Sərgisində təmsil olunur
- 14:14 Qazaxıstanda Azərbaycan Mədəniyyəti Günləri keçiriləcək
- 12:52 Antalya Mərkəzi Kitabxanasına Azərbaycana dair nəşrlər hədiyyə edilib
- 12:14 Milli Kitabxanada “Əməkdar incəsənət xadimi Hidayət Orucov” adlı sərgi açılıb