XƏBƏRLƏR
MƏLUMAT
Kitabxana yeni videoməlumat hazırlayıb
ÜMÜMİ XƏBƏRLƏR
13/03/2024 12:13

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında Beynəlxalq Meşə Günü ilə əlaqədar maarifləndirici proqram həyata keçirilib. Mövzu ilə əlaqədar “Meşə və onun sakinləri” adlı videoməlumat hazırlanıb.

Qeyd edək ki, BMT-nin Baş Assambleyası 2012-ci ildə martın 21-ni “Beynəlxalq Meşələr (meşə və ağaclar) günü” elan edib.

Videoməlumatda təbiətin mühafizə olunmasının hər kəsin vəzifəsi olduğu vurğulanıb.

Həmçinin kiçikyaşlı oxucular mövzu ilə tanış olmaq, məlumatlanmaq üçün kitabxanadakı kitablardan faydalanmağa dəvət edilib.

Videoməlumata aşağıdakı keçidə daxil olaraq baxa bilərsiniz:

https://www.youtube.com/watch?v=sCCyCilvoEY

Baxış sayı: 245