XƏBƏRLƏR
MƏLUMAT
“Kazan Odları” ədəbiyyat jurnalının nəşrə başlamasından 100 il ötür
ÜMÜMİ XƏBƏRLƏR
19/04/2022 08:01

Qardaş Tatarıstanın nüfuzlu “Kazan Odları” ədəbiyyat jurnalının ilk nömrəsinin nəşrə başlamasından 100 il ötür.

AZƏRTAC xəbər verir ki, jurnalın 100 illik əlamətdar yubileyi münasibətilə Azərbaycanda kitab hazırlanıb. Kitabda "Kazan Odları"nın keçmiş baş redaktorlarının şeirləri, indiki baş redaktorunun isə hekayəsi Azərbaycan oxucularına təqdim olunur. Nəşr tatar ədəbi ictimaiyyətinə azərbaycanlı həmkarlarının qardaş hədiyyəsidir.

Kitabın “Ön söz” müəllifləri Əkbər Qoşalı ilə Əhməd Şəfəqlidir. Nəşrin məsləhətçisi İsmət Orucəliyev, rəssamı Nəvai Metindir.

"Kazan Odları-100" adlı nəşrdə mətnlərin tatarca orijinalı da verilib.

Nəşr bugünlərdə Kazanda keçiriləcək təntənəli yubiley tədbirində ədəbi ictimaiyyətə təqdim olunacaq.

Baxış sayı: 139