Fransız yazıçı Jül Vern XIX əsrin ən böyük yazıçılarından biridir. "Su altında 20 min lyö", "80 gün Yer ətrafında", "Aya səyahət", "Dünyanın mərkəzinə səyahət", "Kapitan Qrantın uşaqları" romanları ilə məşhurluq qazanıb.
Romanlarını oxumadan əvvəl Jül Vern haqqında bilmədiklərinizi sizinlə bölüşmək istədik.
1. Jül Vern 1828-ci ildə Fransanın önəmli ticarət limanı hesab olunan Nants şəhərinin Feydau adasında dünyaya göz açıb. Beş uşağın ən böyüyü olub.
2. 19 yaşında ailəsinin istəyi ilə hüquq oxuyub atası kimi vəkil olmaq üçün Parisə gedir. Ancaq Jül Vern vaxtının çoxunu öz istəklərinə xərcləyirdi. Atası oğlunun bohem həyat tərzi yaşadığını və hekayə yazdığını öyrənəndə bir də ona pul göndərmir. Jül Vern vəziyyətin belə olduğunu görüb dolanışıq pulunu çıxarmaq üçün birja işinə girməyə məcbur olur.
3. Parisdə məşhur Viktor Hüqo və "Üç müşketyor"un müəllifi Aleksandr Düma ilə vaxt keçirməyə fürsət tapır. İki usta imzadan yazarlıq haqqında tövsiyələr alır. Viktor Hüqonun naşiri Pier Hitzel ilə tanışlığı isə həyatının ən önəmli anlarından biri olur.
4. 28 yaşında iki qız uşağı anası Honorine de Viane ilə evlənir. Dörd il sonra Maykl adında uşaqları olur.
5. "Hava şarında beş həftə" adlı ilk romanı 1863-cü ildə yayımlanır. Onda 35 yaşındaydı. Bir il əvvəl yazdığı romanı qoltuğuna vurub Parisdəki naşirlərin qapısını döyməyə başlayır. "Göy üzündə səyahət" adlandırdığı romanı Hitzelin əlinə keçəndə naşir Jül Verndən bir-iki yerdə dəyişiklik etməsini xahiş edir. Roman çap olunanda böyük maraqla qarşılanır.
6. Jül Vernin uşaqlar üçün kitablar yazıldığını deyirlər. Ancaq işin ironik budur ki, 60-dan çox kitabın ancaq ikisi sırf uşaqlar üçün yazılıb.
7. Jül Vern haqqında daha bir yanlış düşüncə: evdə oturub macəra romanları yazıb. Halbuki Jül Vern Avropa, Skandinaviya, ingilis adaları və Aralıq dənizi bölgəsini gəzməklə qalmayıb, eyni zamanda "Su altında 20 min lyö" romanını öz yaxtasında yazıb. Jül Vernin bundan başqa ABŞ-a getdiyi, Nyu-Yorkda olduğu, Niaqara şəlaləsini gördüyü də məlumdur.
8. Jül Vern elmi fantastik yazıçı hesab olunur. Ancaq 54 romanının içində bir neçəsi bu janra aid ola bilər. Həm də yazdığı romanlarda insanları heyrətə gətirən bir elm sahəsi vardı: Coğrafiya. Romanlarının hər birində oxucularını dünyanın başqa bir guşəsinə aparmağı bacaran böyük yazıçı idi Jül Vern.
9. Jül Vernin böyük dənizlər və kosmik gəmilər haqqında yazmaqda məqsədi oxucuları heç bir makina olmadan gedə bilməyəcəkləri yerlərə səyahət etdirmək idi. Dənizin altındakı həyatı onlara göstərmək istəyirdi. "Aya səyahət" oxucuları peyklərə apardı. "Dünyanın mərkəzinə səyahət" Skandinaviyaya, İslandiyaya səyahət idi. Geologiya dünyasından bəhs edən gözəl bir roman.
10. "Səksən gün Yer ətrafında" romanı olmuş bir əhvalata söykənir. 1870-ci ildə nüfuzlu bir iş adamı Corc Fransis Train ABŞ prezidentliyinə namizəd olduqdan sonra dünyanı 80 gündə dolaşa biləcəyini açıqlayır. Ancaq səyahəti iki qat vaxtda tamamlanıb. Sonra isə həmin səyahəti iki dəfə təkrarlayıb. Və 20 il sonra dünyanı 67 günə dolaşmağı bacarıb.
11. UNESCO-ya görə, Jül Vern dünyada ən çox dilə tərcümə olunan yazıçıdır. 148 dilə tərcümə olunub.
12. Jül Vernin romanları film dünyasınada ilham verib. "Aya səyahət"in əsasında eyni adlı film çəkilib.
13. 1886-cı ildə əmisi oğlu tərəfindən güllə ilə vurulur. Qaston adlı bu adamın atdığı iki güllədən biri ayağına dəyir. Bu yaradan sonra yeriməyə çətinlik çəkir, ömrünün sonuna qədər axsayır. Qastonu isə ruhi xəstəxanaya yerləşdirirlər.
14. 1905-ci ilin mart ayının 24-də Jül Vern vəfat edir.
15. Əsərlərindən biri ölümündən sonra, 1994-cü ildə çap edilir. Nəticəsinin əldə etdiyi əlyazma "XX əsrin Parisi" romanı idi. 1863-cü ildə yazılan romanın qəhrəmanı göydələnlər və sürətlə gedən qatarların olduğu yerdə yaşayır, ancaq heç cür xoşbəxt ola bilmir. Pessimist ruhda olduğu üçün Jül Vernin bu romanı sağlığında çap olunmayıb.
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub
- 12:12 Teatr Xadimləri İttifaqı və Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının təşkilatçılığı ilə təntənəli tədbir keçirilib
- 23:46 “Mədəniyyət İncisi” layihəsi çərçivəsində növbəti konsert təqdim olunub
- 20:02 8 Mart-Beynəlxalq Qadınlar Günü qeyd olunub
- 19:46 Xanım İsmayılqızının 70 illik yubileyinə həsr olunmuş görüş keçirilib
- 15:48 Bəstəkar Sevda Rəhimova “Ömür yollarının sədası” adlı müəllif konserti təqdim edib
- 16:54 “Ürək deyir, yaşa hələ” adlı ədəbi-bədii gecə keçirilib
- 12:14 Mədəniyyət naziri Adil Kərimli Hacıqabulda vətəndaşları qəbul edəcək
- 21:51 Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar film təqdim olunub
- 21:46 “Torpağı sanı yaşayasan” qısametrajlı bədii film nümayiş olunub
- 21:35 Qaradağ rayon Heydər Əliyev Mərkəzində film nümayiş edilib
- 21:25 Mədəniyyət Nazirliyinin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib
- 21:10 “Tarixin susmayan harayı: Xocalı” adlı tədbir keçirilib
- 18:03 Yubilyar mədəniyyət xadimləri nazirliyin Fəxri diplomu ilə təltif olunub
- 17:38 Millət vəkilləri və incəsənət xadimləri attestasiya prosesini müşahidə ediblər
- 17:11 2026/2027-ci tədris ili üzrə incəsənət məktəb və mərkəzlərinə təhsilalanların qəbulu elan olunur
- 16:58 “Sənin üçün” qısametrajlı bədii filminin nümayişi keçirilib
- 15:45 “Ögey ana” filmi nümayiş olunub
- 16:00 “Qızıl uçurum” filmi nümayiş olunub
- 16:35 Mədəniyyət naziri Adil Kərimli Qax rayonunda vətəndaşların müraciətlərini dinləyib
- 11:40
- 12:06 Berlində Azərbaycan Kino Günləri keçirilib
- 09:05 Mədəniyyət Nazirliyinin 2025-ci ildəki fəaliyyətinə dair genişləndirilmiş kollegiya iclası keçirilib
- 09:22 Honq Konq Konservatoriyasında Azərbaycanın simfonik və populyar musiqisindən bəhs olunub
- 09:53 “İncəsənət Müəllimlərinin Qış Məktəbi” layihəsi həyata keçiriləcək