XƏBƏRLƏR
MƏLUMAT
“Hörümçək və ipəkqurdu”, “Nənəm nağıl danışır” adlı şeirlərdən ibarət videoçarx hazırlanıb
ÜMÜMİ XƏBƏRLƏR
09/02/2022 02:59

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialının fəal oxucusu Münəvvər Rüstəmova bu dəfə balaca dostlarına “Hörümçək və ipəkqurdu”, “Nənəm nağıl danışır” adlı maraqlı şeirlərdən ibarət videoçarx hazırlayıb.

“Hörümçək və ipəkqurdu” şeirində hörümçəyin özünü tərifləyərək tez iş görməsindən, ipəkqurdunun isə ona sənin gördüyün faydasız iş kimə lazımdır, amma görürsən mənim gördüyüm iş hamıya faydalıdır deməsindən bəhs edilib. 

İkinci şeirdə isə nənənin nəvələrini başına yığaraq onlara ağac altında, qumun üstündə maraqlı nağıl danışmasından söhbət açılıb.

Videoçarxı aşağıdakı keçidlərdən izləyə bilərsiniz:

https://m.facebook.com/story.php?story_fbid=454174342968836&id=100051288229979

https://www.instagram.com/tv/CZv2fK4DUdT/?utm_medium=copy_link

Baxış sayı: 628