Dekabrın 2-dən 5-dək Azərbaycanda Qazaxıstan Respublikasının Mədəniyyəti Günləri keçirilir.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət Günləri çərçivəsində Heydər Əliyev Mərkəzində qazaxıstanlı rəssamların əsərlərindən ibarət sərgi və bu ölkənin incəsənət ustalarının qala-konserti keçirilib.
Sərginin ekspozisiyasında müxtəlif janrlarda və üslublarda işləyən qazaxıstanlı rəssamların nadir əsərləri nümayiş olunur.
Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva bildirib ki, sərgi ortaq kökləri, böyük keçmişi ilə haqlı olaraq fəxr edən, birgə səylərlə layiqli gələcək quran, təkcə öz ölkələrində deyil, bütün regionda sülh və firavanlığa can atan iki xalqın dirçəlişinin mənəvi vizuallaşdırılmasıdır
Bu gün rəssamların gözü ilə təmsil olunan mənəvi sərvətin sözlə ifadə edilə bilməyəcəyini qeyd edən nazir deyib: “O əsərləri ürəklə görmək lazımdır. Ekspozisiyada təsviri incəsənətin ənənəvi formaları ilə yanaşı, yeni instalyasiya növləri, doqquz qazaxıstanlı müəllifin art-obyektləri təqdim olunur. Hər əsər özünəməxsusdur və maraqlıdır. Əminəm ki, bugünkü sərgi iki qardaş xalqın mənəvi yaxınlaşması missiyasını yerinə yetirəcək”.
Sonra qonaqlar zəngin ekspozisiya ilə tanış oldular. Tanışlıq zamanı Milli Məclisin sədri Sahibə Qafarovaya Azərbaycan şairəsi, sonuncu Qarabağ xanının qızı Xurşidbanu Natəvanın təsvir olunduğu xalça hədiyyə edilib.
Tədbir mədəniyyət naziri Adil Kərimlinin, Milli Məclisin sədri Sahibə Qafarovanın, Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin, deputatların, səfirlərin və Azərbaycanın mədəniyyət xadimlərinin qatıldığı qala-konsertlə davam edib.
“Bu günlərdə Odlar Yurdu-Azərbaycan təkcə ümumi kökləri deyil, həm də mehriban qonşuluq və dostluğun yeni cəhətlərini kəşf edərək, qardaş qazax xalqının mənəvi dünyasına qərq olub. Bu, təkcə bu ilin ən mühüm hadisələrindən biri deyil, ölkələrimizin son dövrdə dövlət başçılarımızın iradəsi və səyləri sayəsində mümkün olan siyasi, sosial-iqtisadi və mədəni-humanitar yaxınlaşmasının məntiqi nəticəsidir", - deyə Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balayeva konsertdən əvvəl bildirib.
Azərbaycanın Qazaxıstanla münasibətlərə böyük önəm verdiyini qeyd edən nazir xalqının bu sevgi və mehribanlığı qiymətləndirdiyini və ona qarşılıq verdiyini diqqətə çatdırıb: “Azərbaycan bizim üçün mehriban qonşu, sadiq dost və qardaşdır, onu bizdən yalnız Xəzər ayırır. Azərbaycan daim qəlbimizdə olub və bundan sonra da belə qalacaq”.
Qazaxıstanın və Azərbaycanın ortaq Türk dünyasını birlikdə inkişaf etdirdiyini və möhkəmləndirdiyini deyən Aida Balayeva burada keçirilən Qazaxıstan mədəniyyəti günlərinin də bu işdə mühüm rol oynadığını qeyd edib: “Azərbaycanlılar Mədəniyyət günləri çərçivəsində keçirilən bütün tədbirlərdən əsl estetik zövq alıblar. Mədəniyyət və incəsənət sahəsində qarşılıqlı əməkdaşlığımızın böyük potensiala malik olduğuna əminlik yarandı”.
Nazir, həmçinin iki ölkə arasında mövcud mədəni-yaradıcı dialoqun öz məntiqi davamını tapacağına əminliyini ifadə edib.
Daha sonra Qazaxıstanın Xalq artisti Roza Rımbayeva, "Kurmet" ordeninin kavaleri Zarina Altınbayeva, eləcə də Qazaxıstanın əməkdar simaları qazax və Azərbaycan kompozisiyalarını tamaşaçılara təqdim ediblər.
- 16:52 "Hüznlü ana" filmi nümayiş olunub
- 16:50 “Ledi Maqbet” tamaşası yenidən Dram Teatrının səhnəsində
- 16:43 “Tarix unudulmur” adlı tədbir keçirilib
- 15:40 Mirvarid Dilbazi Poeziya Məclisinin təşəbbüsü ilə Xətai Sənət Mərkəzində sərgi açılıb
- 15:14 Milli Kitabxanada “Professor Tehran Əlişanoğlu” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub
- 15:03 Türkiyədə Azərbaycan ədəbiyyatının tədqiqatçıları ilə görüş təşkil olunub
- 14:47 Vətən müharibəsi şəhidi Kamran Hacıyevin doğum günü münasibətilə tədbir keçirilib
- 14:08 Rostropoviçlərin Ev-muzeyində 20 Yanvar faciəsinin qurbanlarının xatirəsi anılıb
- 11:42 20 Yanvar-Ümumxalq Hüzn Günü ilə əlaqədar Şəhidlər xiyabanı ziyarət edilib
- 11:32 “İstiqlala gedən yol” mövzusunda açıq dərs keçirilib
- 10:53 Akademik Milli Dram Teatrında yeni Bədii Şura formalaşıb
- 10:50 “Nizami: daxili aləm” filmi ilk dəfə mavi ekranda
- 10:44 Qaradağ rayon Heydər Əliyev Mərkəzində dəyirmi masa keçirilib
- 10:00 Yaradıcı Mərkəzdə “AI4ART Proqramı”nın "Demo Day" tədbiri təşkil olunub
- 09:36 Mədəniyyət naziri AQEM-in baş katibi ilə görüşüb
- 17:39 Zəlimxan Yaqub haqqında yeni kitab nəşr olunub
- 15:10 “Solo gənclik” layihəsi çərçivəsində növbəti konsert proqramı təqdim olunub
- 12:28 “Qış nağılı” adlı konsert keçirilib
- 11:57 Qazaxıstanın tanınmış rejissoru Akademik Milli Dram Teatrında olub
- 10:55 Milli Kitabxanada Əməkdar incəsənət xadimi Aydın Kazımzadəyə həsr olunmuş sərgi açılıb
- 09:50 Bakıdakı Rus evində Mehriban Şəmsədinskayanın fərdi sərgisinin açılışı olub
- 09:46 Bu gün Əməkdar artist Cabbar Əliyevin anadan olmasının 121 ili tamam olur
- 09:37 Aydın Kazımzadənin 85 illiyi münasibətilə yubiley gecəsi keçirilib
- 09:27 Reza Deqatinin dünyaya çatdırdığı həqiqət – 20 Yanvar
- 16:47 İstiqlal Muzeyində sərgi - Qarabağ Azərbaycandır
- 15:45 Mədəniyyət naziri Adil Kərimlinin Şamaxıda vətəndaş qəbulunun vaxtı dəyişdirilib
- 15:04 20 Yanvar faciəsi ilə bağlı anım tədbiri keçiriləcək
- 10:15 “Kod adı V.X.A” tamaşası yenidən teatrsevərlərə təqdim olunacaq
- 09:47 Bu gün Xalq artisti Tofiq Kazımovun anadan olmasının 102 ili tamam olur
- 09:15 “Sevgi odası: Əli və Nino balı” adlı immersiv tamaşa nümayiş olunub
- 16:31 Əməkdar incəsənət xadimi Məhərrəm Bədirzadənin xatirəsi anılıb
- 14:56 Azərbaycan Kinematoqrafçılar İttifaqı yeni təlimə başlayır
- 14:13 Xalq şairi Zəlimxan Yaqubun məqalələri və müsahibələri yeni kitabda işıq üzü görüb
- 12:07 Postprodakşn mərhələsində olan filmlərə dəstək məqsədilə növbəti müsabiqə elan edilib
- 10:40 Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbinin növbəti uğuru
- 10:28 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 09:54 Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin attestasiyası ilə bağlı növbəti məlumatlandırma sessiyası keçirilib
- 09:45 Ankarada “Azərbaycan gecəsi” adlı tədbir keçirilib
- 09:35 YARAT Müasir İncəsənət Məktəbi tələbələrinin “Sonluqdan sonsuzluğa” yekun sərgisi təqdim olunub
- 14:51 Kitabxanada seminar keçirilib
- 14:47 Azərbaycan Kinematoqrafçılar İttifaqının dəstəyilə çəkilmiş filmin premyerası olacaq
- 14:32 Qaradağ rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 09:21 Xalq artisti Elza İbrahimovanın anadan olmasının 87 ili tamam olur
- 09:10 Pantomima Teatrında “GİL” tamaşasının premyerası olacaq
- 15:05 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib
- 14:38 “Nadir muğam ifaçıları” layihəsi çərçivəsində növbəti tədbir
- 11:29 Bu gün Xalq şairi Zəlimxan Yaqubun anım günüdür
- 11:15 Bakı şəhər musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə bacarıqlarının qiymətləndirilməsi ilə bağlı məlumatlandırma sessiyası keçirilib
- 10:22 Bu gün Xalq artisti İlham Namiq Kamalın doğum günüdür
- 09:17 Azərbaycan film-nağılında “günəşli uşaqlar” çəkilib
- 17:35 Dövlət dəstəyi ilə lentə alınmış filmlərin təqdimatı keçiriləcək
- 16:45 Yasamal rayon Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil olunub
- 16:35 Cəlil Məmmədquluzadənin ev-muzeyinə ekskursiya təşkil edilib
- 15:19 Azərbaycanlı gənc rəssamların Romada sərgisi açılacaq
- 14:50 Kinematoqrafçılar üçün ingilis dili kursu layihəsinə qəbul elan edilib
- 11:47 “Fotokompozisiya” kitabı təkrar nəşr olunub
- 09:44 Bu gün Xalq artisti Leyla Bədirbəylinin anadan olmasının 105 ili tamam olur
- 16:25 “Səma” rəqs ansamblı hesabat konserti ilə çıxış edib
- 13:45 Tanınmış koreyalı dirijor Akademik Filarmoniyada ilk dəfə çıxış edəcək
- 11:10 “Füyuzat” jurnalının yenidən nəşr olunmasından 18 il ötür