XƏBƏRLƏR
MƏLUMAT
Görkəmli yazıçı Vidadi Babanlının 95 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirilib
ÜMÜMİ XƏBƏRLƏR
06/01/2022 01:34

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 nömrəli filialı görkəmli yazıçı Vidadi Babanlının 95 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirib.

Videoçarx əsərlərini xalqın dilində yazan ədibin kitablarından ibarətdir.

Vidadi Babanlı onun oxucularının, eləcə də ədəbi cameənin yaddaşına ustad bir nasir kimi köçüb. Bu da təsadüfi deyil. 70 ildən çox yaradıcılığı dövründə "Gəlin" povestindən başlayaraq "Bulanlıq dünya" povestinədək -  "Ana intiqamı", "Müqəddəs ocaq", "Ömürlük əzab", "Həyat bizi sınayır", "İnsaf nənə", "Vicdan susanda" kimi nəsr əsərləri ilə bütöv bir nəsr xəzinəsi yaradıb.

Vidadi Babanlı əsərlərində yaşadığı dövrün ictimai-siyasi və psixoloji problemlərini, bu problemlərin həllinə münasibətdə insan amilini aydın şəkildə təqdim edə bilir. Düşünürük ki, təkcə "Vicdan susanda" romanı ilə Vidadi Babanlı ədəbiyyat tariximizdə həmişəlik qalacaqdır. Zaman keçir, bu roman öz aktuallığını, öz müasirliyini itirmir. Bu gün də oxucular tərəfindən oxunur, sevilir və güman edirik ki, nə qədər insanların qəlbində susmayan vicdan var, bu roman oxunacaqdır.  

Aşağıdakı keçiddən videoçarxı izləyə bilərsiniz:

https://www.instagram.com/tv/CYWVDXVo4np/?utm_medium=copy_link

Baxış sayı: 92