XƏBƏRLƏR
MƏLUMAT
Gənc istedad beynəlxalq yarışmada uğur qazanıb
ÜMÜMİ XƏBƏRLƏR
04/05/2023 01:58

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbi Türkiyədə onlayn keçirilən 23 Aprel- Beynəlxalq virtual rəqs, musiqi və incəsənət yarışmasında uğurla iştirak edib.Yarışma Boğaziçi Folklor Birliyi Gənclik və İdman Klubunun təşkilatçılığı ilə baş tutub.

Münsiflər heyətinin yekun qərarı ilə Azərbaycanı təmsil edən məktəbin qanun sinfinin şagirdi Mehinbanu Bayramlı (müəllim: İradə Kamilova) 14 yaşlı uşaqlar arasında l dərəcəli diploma layiq görülüb.

Baxış sayı: 282