
Nəbi Ələkbər oğlu Babayеv (Nəbi Xəzri) 1924-cü il dekabr ayının 10-da Bakı şəhərinin Xırdalan kəndində anadan olub.
1942-1943-cü illərdə İkinci Dünya müharibəsində arxa cəbhədə iştirak edib, ordudan tərxis olunduqdan sonra 1943-1945-ci illərdə “Kommunist” qəzeti redaksiyasında korrektor və Azərbaycan radiosunda diktor vəzifələrində çalışıb. 1945-ci ildə Azərbaycan Dövlət Universitetinə (indiki BDU) qəbul olunub. 1947-1949-cu illərdə Leninqrad Dövlət Universitetində (indiki Sankt-Peterburq), 1949-1952-ci illərdə M.Qorki adına Ədəbiyyat İnstitutunda ali təhsilini davam etdirib.
1952-ci ildə təhsilini başa vuran Nəbi Xəzri 1957-ci ilədək Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1957-1958-ci illərdə “Ədəbiyyat və incəsənət” qəzeti redaksiyasında ədəbi işçi, 1958-1965-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının katibi, 1965-1971-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsi sədrinin müavini, 1971-1974-cü illərdə Azərbaycan mədəniyyət nazirinin müavini vəzifələrində çalışıb. 1974-cü ildən Azərbaycanın Xarici Ölkələrlə Dostluq və Mədəni Əlaqələr Cəmiyyətinin Rəyasət heyətinin sədri, 1992-ci ildən “Azərbaycan dünyası” Beynəlxalq Əlaqələr Mərkəzi adı altında fəaliyyət göstərən bu təşkilatın prezidenti olub.
Ədəbi yaradıcılığa erkən yaşlarında başlayıb, “Günəş” adlı ilk şeirini 16 yaşında qələmə alıb. “Çiçəklənən arzular” adlı ilk şeirlər kitabı 1950-ci ildə çap olunub. 1945-ci ildə Yazıçılar İttifaqına üzvlüyə qəbul edilib. 1958-ci ildən “Xəzri” təxəllüsü ilə yaradıcılığını davam etdirib. O, 60-dan çox kitabın müəllifidir. “Vətən və qürbət”, “Xatirələr çırağında”, “Avropa xatirələri”, “Seçilmiş əsərləri”i ( 2, 3, 5 cilddə), “Dərələr”, “İllər və sahillər”, “Son illərin sətirləri”, “Ulduz karvanı”, “Ümmandan damlalar” və başqa kitabları nəşr olunub.
“Sən yanmısan”, “Əks-səda”, “Mirzə Şəfi”, “Qütb ulduzu”, “Torpağa sancılan qılınc”, ”Mənsiz dünya”, “Gecə döyülən qapılar”, “Burla xatun” və başqa dram əsərləri Azərbaycan teatrlarında uğurla tamaşaya qoyulub, tamaşaçı rəğbəti qazanıb.
Nəbi Xəzri nəğməkar şair kimi də tanınıb, şeirlərinə bəstələnən “Azərbaycan”, “Gələrmi, gəlməzmi”, “Dərələr”, “Mavidir”, “Pəncərəmə qondu çiçək”, “Sən danışanda”, “Güllərim” və başqa mahnıları dinləyicilər tərəfindən bu gün də sevilə-sevilə dinlənilib. Nəbi Xəzrinin sözlərinə yazılmış nəğmələri sırasında “Heydər Əliyev haqqında oda”, yaxud “Məşəl kimi yanan ürək” adlı şeiri onun şah əsəridir. Bəstəkar R.Mirişlinin bu sənət əsərinə bəstələdiyi mahnı ulu öndər Heydər Əliyevə həsr olunmuş ən gözəl nəğmələrdən biridir.
Nəbi Xəzri uşaq mövzusuna da müraciət edib, “Arzunun arzuları”, “Nənəm nağıl danışır”, “Qaranquş qonaqmıdır?”, “Dəniz niyə daşmayır”, “Sarı top” və başqa şeirləri balaca oxucuların sevə-sevə oxuyub, əzbərlədikləri ən gözəl sənət incilərindəndir. Şeir və poemaları dünya xalqlarının dillərinə tərcümə edilərək nəşr olunub, onun bədii tərcümələri sayəsində isə Azərbaycan oxucusu dünya poeziyası nümunələri ilə tanış olmaq imkanı əldə ediblər.
Nəbi Xəzrinin ədəbi və ictimai fəaliyyəti yüksək qiymətləndirilib. O, bir sıra orden və medallara - 1982-ci ildə Azərbaycan Dövlət mükafatı laureatı adına, 1979-cu ildə Azərbaycan SSR-in “Əməkdar incəsənət xadimi”, 1984-cü ildə “Xalq şairi” fəxri adlarına layiq görülüb, o cümlədən Azərbaycan Respublikasının ali dövlət təltifləri - “Şöhrət” (1993) və “İstiqlal” (2004) ordenləri ilə təltif olunub.
Nəbi Xəzri 2007-ci il yanvar ayının 15-də Bakı şəhərində vəfat edib, Fəxri Xiyabanda dəfn edilib.
- 16:50 "Müzəffər Sərkərdə, yenilməz Ordu" adlı tədbir keçirilib
- 16:31 “Sağlam həyat – sağlam gələcək” mövzusunda maarifləndirici sərgi keçirilib
- 16:14 Milli Kitabxananın yeni loqosunun təqdimatı olub
- 16:11 “Şanlı Zəfər tariximiz” adlı tədbir keçirilib
- 15:58 Gənclər Kitabxanasında “Narkomaniya: insanlığa qarşı böyük bəla” adlı məlumat bülleteni hazırlanıb
- 14:20 Zaqrebdə Azərbaycan cazının təntənəsi
- 13:35 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları davam edir
- 12:17 Mədəniyyət Nazirliyinin nümayəndə heyəti Zaqreb Milli və Universitet Kitabxanasını ziyarət edib
- 12:02 Amaliya Pənahovanın 80 illiyi münasibətilə “Xan qızı” tamaşası nümayiş olunub
- 12:01 Gənclər Kitabxanasında Silahlı Qüvvələr Günü münasibətilə silsilə materiallar hazırlanıb
- 10:37 Azərbaycanın Xorvatiyadakı Səfirliyində iki ölkənin mədəniyyət və yaradıcı sənaye təmsilçilərinin işgüzar görüşü keçirilib
- 09:46 “Baş” tamaşasına ictimai baxış keçirilib
- 09:43 Milli İncəsənət Muzeyində “Restavrasiya: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılıb
- 09:20 Avstriya caz triosu “Baku Piano Festival 2025”də çıxış edib
- 09:18 Mədəniyyət naziri Zaqrebdə xorvatiyalı həmkarı ilə görüşüb
- 16:12 “Ordumuz Vətən keşiyində” adlı tədbir keçirilib
- 14:51 “Fikrət Qocanın söz sənəti xəzinəsi” adlı material istifadəçilərə təqdim olunub
- 14:05 Mədəniyyət nazirinin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Xorvatiyada səfərdədir
- 13:58 Milli Kitabxanada sərgi açılıb
- 12:38 Filarmoniyada violin axşamı – Hökümə Əliyevanın tələbələrinin konserti
- 09:33 Beynəlxalq Muğam Mərkəzində IV Bakı Piano Festivalı çərçivəsində növbəti konsert keçirilib
- 09:27 Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində konsert keçirilib
- 09:18 Musiqi və incəsənət məktəblərində çalışan müəllimlərin attestasiyası davam edir
- 16:28 Mərdəkan Mədəniyyət Sarayında tədbir keçirilib
- 16:21 “Şuşa, sən azadsan!” filmi nümayiş olunub
- 16:18 “Şah Abbas Namə" tamaşasının premyerası keçirilib
- 16:15 Özbəkistanda Türk dünyası xalqları arasında mədəni körpülər möhkəmlənir
- 14:16 Dünyaşöhrətli tenor Plasido Dominqo Heydər Əliyev Mərkəzində çıxış edəcək
- 14:15 Silahlı Qüvvələr Günü münasibətilə Ağstafada sərgi, konsert və ustad dərsi keçiriləcək
- 09:55 Bakıda tanınmış rəssam Tünzalə Məmmədzadənin fərdi sərgisi açılıb
- 09:33 Ağdamda “Muğam aləmi” 7-ci Beynəlxalq Musiqi Festivalının bağlanış mərasimi keçirilib
- 09:28 "Opera günləri" layihəsi çərçivəsində dahi Bülbül yad edilib
- 16:09 “Musiqili Bakı” layihəsi çərçivəsində gənc müğənni Aysel Əlizadənin konserti keçirilib
- 11:28 Milli Kitabxanada “Folklorşünas alim İslam Ələsgər - 100” adlı kitab sərgisi açılıb
- 11:27 “Başlıbel: mühasirə gündəliyi” filminin premyerası keçiriləcək
- 09:29 Ankarada azərbaycanlı rəssamın sərgisi açılıb
- 09:20 Beynəlxalq muğam müsabiqəsinin qalibləri məlum olub
- 09:16 Azərbaycan UNESCO-nun Mədəni Özünüifadə Müxtəlifliyinin Qorunması və Təşviqi üzrə Hökumətlərarası Komitəsinə üzv seçilib
- 09:12 TÜRKSOY akademik Nizami Cəfərovu mükafatlandırıb
- 16:48 Uşaq musiqi, incəsənət məktəb və mərkəzlərində I sinfə şagird qəbulu imtahanları uğurla davam edir
- 16:34 Milli İncəsənət Muzeyində “Bərpa: keçmişə ehtiram, gələcəyə miras” adlı sərgi açılacaq
- 15:46 Mədəniyyət Nazirliyi ötən ay sosial şəbəkələrdə ən çox paylaşım edən qurum olub
- 15:11 “Opera günləri” layihəsi çərçivəsində “Əsli və Kərəm” operası təqdim olunub
- 15:06 Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində “Zeynəbin sehrli dünyası” adlı sərginin açılışı olub
- 12:21 Bu gün Xalq artisti Cahangir Cahangirovun anadan olmasının 104 ili tamam olur
- 12:08 27 nömrəli Uşaq Musiqi Məktəbi "Kiçik əllərin böyük musiqisi" adlı hesabat konserti təqdim edib
- 10:25 Bu gün Xalq artisti Süleyman Ələsgərovun anadan olmasının 110 ili tamam olur
- 09:34 Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub
- 09:30 Əmmanda birinci İordaniya-Azərbaycan Filateliya sərgisi açılıb
- 09:20 “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub
- 09:13 Sabit Rəhmanın qiymətli kitablardan ibarət şəxsi kolleksiyası Milli Kitabxanaya hədiyyə edilib
- 17:16 Tofiq Quliyev adına 12 nömrəli Onbirillik Musiqi Məktəbinin hesabat konserti keçirilib
- 17:02 Azərbaycan və Çin klassik əsərlərinin nəşrinə başlanılıb
- 16:59 Beynəlxalq muğam ifaçıları müsabiqəsi davam edir
- 15:50 Gənclər Kitabxanasında Xalq şairi Bəxtiyar Vahabzadənin biblioqrafik icmal və elektron resurslar bazası yaradılıb
- 15:49 “Ulduz” jurnalının yeni nömrəsində...
- 14:28 Bakı Piano Festivalında xorvat musiqiçilərin çıxışı olub
- 14:20 Bu gün Xalq artisti Möhsün Sənaninin anadan olmasının 125 ili tamam olur
- 14:16 R.Behbudov adına 2 nömrəli Onbirillik Musiqi Məktəbində “Musiqi dünyamız” adlı hesabat konserti keçirilib
- 11:17 “Muğam aləmi” Festivalı çərçivəsində əlyazma və sənədlər sərgisi təşkil olunub