Biz xalçalar üzərində ayaq açmışıq. Onların əsrarəngiz naxışları körpə duyğularımıza bələdçilik edib. Bu möcüzəli sənət əsərləri üzərindəki nağıl qəhrəmanları, kainatın sirli obrazları bizə çox şeylər danışıb. Bu xalçalar əsrlər adlayıb, bizə tariximiz, milli-mənəvi dəyərlərimiz haqqında əsl həqiqətləri çatdırıblar. Azərbaycan xalçası xalqımızın ruhunu yaşadan, onun mənəvi dünyasında özünə layiqli yer tutan çox qiymətli sənət nümunələridir.
Bu gün də bu sənət Azərbaycanın istedadlı xalça rəssamları tərəfindən uğurla davam etdirilir. Onların səyi və istedadı xalça sənətimizin yeniləşməsinə, müasirləşməsinə önəmli töhfələr verir.
Xalçaçı rəssam Eldar Mikayılzadə də uzun illərdir ki, öz orijinal çeşnili əsərləri ilə Azərbaycanda xalça sənətinin inkişafına xidmət edir. Ömrünün yarıdan çoxunu milli xalça sənətimizin inkişafına həsr edən bu böyük sənətkar yaratdığı bənzərsiz əsərləri ilə Azərbaycan xalçaçılıq sənəti salnaməsində yeni səhifə açıb. Onun müəllifi olduğu xalçalar dünya miqyasında maraqla qarşılanır, sevilir və yüksək qiymətləndirilir.
Eldar Hidayət oğlu Mikayılzadə 1956-cı il yanvar ayının 18-də Bakının Əmircan kəndində anadan olub. Kənddəki 97 və 226 nömrəli məktəblərdə natamam orta təhsil alıb. 1971 - 1975-ci illərdə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbinin Rəngkarlıq fakültəsini, 1978 - 1983-cü illərdə isə Azərbaycan Dövlət İncəsənət İnstitutunun (indiki ADMİU) Dekorativ Tətbiqi Sənət fakültəsini Xalçaçılıq ixtisası üzrə bitirib. Təhsilini o vaxtkı Leninqrad Rəssamlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda davam etdirib.
1984-cü ildən xalçaçı-rəssam kimi peşəkar fəaliyyətə başlayıb. 1983 - 1986-cı illərdə Azərbaycan SSR EA-nın (indiki AMEA) Memarlıq və İncəsənət institutun xalçaçılıq şöbəsində kiçik elmi işçi, 1986 – 1990-cı illərdə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyində baş rəssam kimi çalışıb. Əmək fəaliyyətini həmin birlikdə baş direktorun müavini, baş direktor vəzifələrinin icraçısı olaraq davam etdirib. Sonralar özünün “Xalı” şirkətini yaradıb. 1993 - 2018-ci illərdə Qafqaz Müsəlmanları İdarəsinin Mədəniyyət işləri üzrə sədr müavini olub. 2005-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında pedaqoji fəaliyyətə başlayıb. Hazırda “Dekorativ-tətbiqi sənət” fakültəsi “Bədii toxuculuq və xalça sənəti” kafedrasının baş müəllimidir. Eldar Mikayilzadə 1977-ci ildə yaratdığı ilk sənət əsərini doğma kəndinə həsr edib və onu “Yeni Xilə” adlandırıb. Bundan başqa o, “Bütöv Azərbaycan” (1981), “Şəbi-hicran” (1981, 2006), “Azərbaycan nağılları”, “114. Bismillah”, “Əfşan” (1983, 1995, 1996), “Nağıllar aləmi” (1983), “Rəsul Həmzətov” (1983), “Azərbaycanın musiqi korifeyləri” (1985), “Azərbaycanın poeziya korifeyləri” (1985), “Lətif Kərimov” (1986), “Şam (Füzuli)” (1989), “Xətai” (1990), “Bürclər” (1991, 2000), “Suliddin” (1991), “Xəmsə” (1990), “Sirlər xəzinəsi” (1992), “İslam” (1992), “Təbriznamə” (1993), “Namazlıq” (1993), “Hillari Klinton” (1994), “İthaf” (1995-1997), “Xilaskar” (1995-1997), “Moskvanın və bütün Rusiyanın patriarxı Aleksiyin portreti” (1997), “Üç din” (1998), “Peyğəmbərlərin şəcərəsi” (1998), “Tövrat” (1999), “Bütün Qafqazın şeyxülislamı Hacı Allahşükür Paşazadənin portreti” (1999), “İsanın zühuru” (2000), “Akademik Midhət Abbasovun portreti” (2000), “Bismillahir-rəhmanir-rəhim” (2003), “Üç peyğəmbər” (2004), “Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev” (2003, 2008), “Pirəbədil” (2009), “Yaranış” (2010), “Kəhkəşan” (2012) və s. xalçaların müəllifidir. O, müəllimi Səttar Bəhlulzadəyə 4 xalça həsr edib: “Səttar dünyası” (1979), “Səttar Bəhlulzadə və dostları” (1982), “Səttar” (1999) və “Səttarın arzusu” (2012). Sonuncu xalçanın kompozisiyasında dahi rəssamın 36 rəngkarlıq əsərindən istifadə olunub.
Eldar Mikayilzadə 1978-ci ildə “Bakı” adlı xalça ilə ilk dəfə respublika sərgisində iştirak edib. 1983-cü ildə Beynəlxalq Xalça Simpoziumunda ilk dəfə Beynəlxalq sərgidə iştirak edib. Londonda (1991), Moskvada (1992), Parisdə (1993), İstanbulda (1995), Brüsseldə (1996) fərdi sərgiləri təşkil olunub. 2010-cu ilin mayında Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində “Dahilərə ithaf” adlı sərgisi keçirilib. Əsərləri Rusiya, Böyük Britaniya, Fransa, Türkiyə, Səudiyyə Ərəbistanı, Küveytdə şəxsi kolleksiyalarda və muzeylərdə saxlanılır.
Eldar Mikayılzadə xalça motivlərindən istifadə edərək 1992-ci ildə tədavülə buraxılmış milli valyutanın eskizlərinin müəllifidir. O, AXC dövründə yaradılmış gerb layihəsində müəyyən dəyişikliklər edib, alovun yerinə alov dilləri ilə “Allah” kəlməsini yazıb. Eldar Mikayilzadə 1984-cü ildən Azərbaycan Rəssamlar İttifaqının, 1986-cı ildən keçmiş SSRİ Rəssamlar İttifaqının, 2004-cü ildən Rusiya Rəssamlar İttifaqının və UNESCO yanında Rəssamlar Birliyinin üzvüdür, “Azərbaycan xalçaçıları” İctimai Birliyi İdarə Heyətinin üzvüdür.
Müəllifi olduğu “Yaranış” xalçası Frankfurtda, “Kəhkəşan” xalçası isə Amerikada keçirilmiş beynəlxalq sərgilərdə qızıl medala layiq görülüb. Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 27 may 2018-ci il tarixli Sərəncamı ilə “Xalq rəssamı” fəxri adına layiq görülüb.
- 13:51 “Notlarda yaşayan tarix” adlı hesabat konserti keçirilib
- 13:39 G.Şaroyev adına 35 nömrəli 11 illik Musiqi Məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş hesabat konserti keçirilib
- 13:22 Bəstəkar İlhamə Adilqızının yaradıcılığına həsr olunmuş tədbir keçirilib
- 13:08 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 17:17 "1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü" münasibətilə konsert keçirilib
- 12:03 1 İyun-Uşaqlar günü qeyd olunub
- 07:48 “Balaca ürəklərin musiqisi” adlı hesabat konserti keçirilib
- 23:57 "Uşaqlar və gənclər bizim gələcəyimiz , ümidimizdir" adlı hesabat konserti keçirilib
- 23:41 33 nömrəli Uşaq Musiqi Məktəbinin "Müstəqillik sədaları" adlı hesabat konserti keçirilib
- 23:01 Baş İdarə Müqəddəs Qurban bayramı münasibətilə tədbir keçirib
- 09:39 “Müasir şəhərin ritmləri” adlı hesabat konserti keçirilib
- 08:36 Rəssam Eldəniz Babayevin “Sənət körpüsü… Azərbaycan – Türkiyə” adlı fərdi sərgisi açılıb
- 19:31 Gülarə Əliyeva adına 3 nömrəli Uşaq İncəsənət Məktəbində hesabat konserti keçirilib
- 10:18 Xalq Artisti Rafiq Babayevin 90 illik yubileyinə həsr olunmuş hesabat konserti keçirilib
- 10:07 Musiqi Məktəbində hesabat konserti baş tutub
- 09:40 C.Hacıyev adına 3 nömrəli Onbirillik Musiqi Məktəbinin Xor şöbəsi hesabat konserti təqdim edib
- 08:21 “Musiqi dünyasına səyahət” adlı konsert keçiriıib
- 00:29 Ə.Bədəlbəyli adına 23 nömrəli Onbirillik Musiqi Məktəbi hesabat konserti keçirib
- 00:14 Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbi hesabat konserti təqdim edib
- 10:18 Mədəniyyət Nazirliyi ilə “Real TV” birgə layihəyə başlayır
- 10:14 Bakıda VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcək
- 15:10 34 nömrəli Uşaq Musiqi Məktəbinin yaranmasının 40 illiyinə həsr olunmuş konsert keçirilib
- 11:48 “Muzeylərdə yaşayan dəyərlər” adlı tədbir keçirilib
- 23:09 Mədəniyyət naziri Adil Kərimli Kazan şəhərində ICESCO Baş Konfransının 15-ci sessiyasında iştirak edir
- 23:18 Narkomaniyaya qarşı mübarizəyə həsr olunmuş "Aslılıqdan azadlığa" adlı tədbir keçirilib
- 23:10 4 nömrəli Uşaq Musiqi Məktəbinin 100 illik yubileyinə həsr olunmuş konsert keçirilib
- 15:35 Ümummilli Lider Heydər Əliyevin 103 illiyi konsert proqramı ilə qeyd olunub
- 08:39 Arif Məlikov adına 11 nömrəli Onbirillik Musiqi Məktəbi konsert təqdim edib
- 20:39 Ölkəmiz beynəlxalq rəqs festivalında təmsil olunub
- 14:07 Azərbaycan ilə Serbiya arasında mədəniyyət sahəsində əməkdaşlığın perspektivləri müzakirə olunub
- 10:17 İncəsənət məktəblərinə qəbul prosesi davam edir
- 09:56 Gənc müğənni Nesrin Alevin konserti keçirilib
- 19:31 Xalq artisti Aftandil İsrafilovun 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib
- 21:04 Tofiq Quliyev adlna 12 nömrəli Onbirillik Musiqi Məktəbinin növbəti konserti keçirilib
- 11:23 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi davam edir
- 22:36 İncəsənət məktəblərinə 2026/2027-ci tədris ili üzrə təhsilalanların qəbulu prosesi başlayıb
- 09:31 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 09:25 Azərbaycanda sənət tənqidi yeni mərhələdə – sahənin əsas problemləri və inkişaf istiqamətləri müzakirə olunub
- 16:20 İncəsənət məktəblərinə qəbul üzrə əyani imtahan mərhələsi başlayır
- 15:52 "Unudulmayan izlər – Yusif Səmədoğlu” başlığı altında tədbir keçirilib
- 17:45 Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib
- 11:59 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşların müraciətlərini dinləyib
- 09:45 “Şəhərsalma və Memarlıq İli” çərçivəsində əl işləri və rəsm sərgisi təşkil edilib
- 09:39 Ceyhun Mirzəyevin 80 illik yubileyi ilə əlaqədar “Ögey ana” filmi nümayiş olunub
- 10:05 Heydər Əliyev Mərkəzində “Akinak” tammetrajlı bədii filminin premyerası keçirilib
- 20:52 Eurovision – 2011 qalibi, sevilən müğənni Nigar Camal “Qonağımız var” layihəsinin növbəti qonağı olub
- 09:39 Xalq artisti Ramiz Həsənoğlu 80 illiyi münasibətilə Mədəniyyət Nazirliyinin "Fəxri diplomu" ilə təltif olunub
- 10:19 Regionlarda mədəni qastrol proqramı – aprel 2026
- 17:51 Mədəniyyət naziri Adil Kərimli Ağdamda vətəndaşları qəbul edəcək
- 09:57 “Bız bakıttı balamız “ adlı çoxjanrlı beynəlxalq müsabiqə keçirilib
- 13:05 31 Mart-Azərbaycanlıların Soyqırımı Günündən 108 il ötür
- 13:38 “Akinak” filmi may ayından etibarən kinoteatrlarda nümayiş olunacaq
- 10:15 “Könlümü şeirə vermişəm” adlı tədbir keçirilib
- 14:43 “Novruz bayramı -Baharın rəngi” adlı tədbir keçirilib
- 18:30 Ramazan bayramı qeyd olunub
- 08:23 “Səma” rəqs ansamblı “Bahar sevinci” adlı konsert proqramı ilə çıxış edib
- 15:20 Qocalar evində Ramazan bayramı qeyd olunub
- 13:00 M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasına “Bösendorfer” konsert royalları təqdim olunub
- 17:42 Azərbaycanda ilk dəfə Bakı və regionları əhatə edən genişmiqyaslı mədəni qastrol proqramı həyata keçiriləcək
- 12:34 “Zamanda səyahət” tamaşası nümayiş olunub