XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Xalq artisti Arif Quliyevin anadan olmasının 74 ili tamam olur
ÜMÜMİ XƏBƏRLƏR
16/05/2024 14:35

Arif Quliyev 1950-ci il mayın 16-da anadan olub. O, Bakı Mədəni-Maarif Texnikumunda, İncəsənət İnstitutunda təhsil alıb. Musiqili Komediya Teatrı, İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Özəl Satira Teatrında fəaliyyət göstərib. Şərbətəli (“Təzə gəlin”), Əli (“Qayınana”), Mürsəl (“Gurultulu məhəbbət”), Tofiq (“Ev bizim, sirr bizim”), Hambal (“O olmasın, bu olsun”), Mirzəqulu (“Durnalar qayıdanda”) kimi obrazlar yaradıb. Yaradıcılığında Azərbaycan Televiziyası da geniş yer tutur. Aktyor “Şans”, “Bığ əhvalatı”, “Qayınana”, “Lift əhvalatı”, “Yarım ştat”, “Evləri köndələn yar” və başqa teletamaşalarda, “Bəyin oğurlanması”, “Yaramaz”, “Bəxt üzüyü”, “O dünyadan salam”, “Qəm pəncərəsi”, “Mənim ağ şəhərim” bədii filmlərində müxtəlif rollar ifa edib.

Arif Quliyev “Xalq artisti” fəxri adına, “Qızıl dərviş”, “Zirvə” mükafatlarına, “Sənətkar” medalına layiq görülüb, Prezident təqaüdçüsü olub.

Baxış sayı: 154