XƏBƏRLƏR
MƏLUMAT
Bu gün Laləzar Mustafayevanın doğum günüdür
ÜMÜMİ XƏBƏRLƏR
30/09/2020 01:09

Azərbaycan aktrisası, qiraət ustası, Azərbaycan Respublikasının Xalq artisti Laləzar Mustafayeva 1962-ci il sentyabrın 30-da anadan olub. Ali təhsilini 1990-cı ildə başa vuran L.Mustafayeva təyinatla Akademik Milli Dram Teatrına göndərilib.

Aktrisa işlədiyi illər ərzində o, İçgen xatun ("Özümüzü kəsən qılınc"), Məlahət ("Rəqabət", B.Vahabzadə), Ameliya ("Dişi canavar", F.Q.Lorka), Gülbahar ("Anamın kitabı", C.Məmmədquluzadə), Qumru müəllimə ("Ana intiqamı", V. Babanlı), Abbi Patnem ("Qarağaclar altında ehtiraslar", Y.O Nil), Məhin banu ("Fərhad və Şirin", S.Vurğun), Ziba xanım ("Lənkəran xanının vəziri", M.F.Axundov), Hüquqə xanım ("Bu dünyanın adamları", Hidayət), Kərbəlayi Fatma ("Ölülər", Cəlil Məmmədquluzadə) kimi obrazlar yaradıb.

Aktrisa "Güllələnmə təxirə salınır" (Laləzar), "Gənc qadının əri" (Xalidə), "Uzun gecə" (Qadın), "Qəzəlxan" (Birinci arvad), "Qara volqa" (Pəncəli), "Divar" (Nazlı), "Ağ atlı oğlan" (Şəhla) bədii filmlərinə çəkilib.

Laləzar Mustafayeva "Ağ atlı oğlan", "Balaş və Mədinə", "Biz qayıdacağıq", "Boradigah", "Dan ulduzu, tale ulduzu", "Divar", "Əhməd Bakıxanov", "Gənc qadının kişisi", "Girdiman", "Güllələnmə təxirə salınır!...", "Qara "Volqa", "Qəzəlxan", "Lahıc", "Mariya", "Naftalan", "Naxçıvan muzeyləri", "Pəncərə", "Sevgi haqqında", "Səni axtarırıq...", "Uzaq yaşıl ada", "Yeraltı şəhərin izi ilə" filmlərində maraqlı obrazlar yaradıb, kadrarxası mətnləri səsləndirib.

Laləzar Mustafayeva teatr sənətindəki fəaliyyətinə görə 1998-ci ildə "Azərbaycan Respublikasının Əməkdar artisti", 2002-ci ildə "Xalq artisti" fəxri adları ilə təltif olunub. Dəfələrlə Azərbaycan Respublikası Prezidentinin Mükafatına layiq görülüb.

Baxış sayı: 982